Smart Electronics

Korporativ satış üzrə Mütəxəssis

Smart Electronics
800 - 1000 ₼
939
Tam iş günü
Bakı, Azərbaycan
27/02/2026 - 13/03/2026

İş haqqında məlumat

  • Korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Potensial müştərilərin müəyyən edilməsi və yeni satış imkanlarının yaradılması;
  • Müştərilərin tələblərinə uyğun məhsul və xidmətlərin təqdimatı;
  • Satış planının icrasını təmin etmək və müəyyən olunmuş aylıq/rüblük hədəflərə çatmaq;
  • Müştəri bazasının idarə olunması və yenilənməsi;
  • Satış prosesinin bütün mərhələlərinə (danışıqlar, müqavilə bağlanması və icrası və s.) nəzarət etmək;
  • Bazarın və rəqiblərin fəaliyyətinin təhlili, təkliflərin optimallaşdırılması üçün  tövsiyyələr vermək;
  • Müştəri məmnuniyyətini qorumaq və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təkliflər irəli sürmək.

İş şəraiti

  • İş saatları:  10:00-19:00 
  • Əmək haqqı:800-1000 AZN
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 6 günlük iş rejimi, Şənbə günləri 10:00 - 14:00

Tələblər

  • Dil bilikləri: Səlis Azərbaycan dili;
  • İş təcrübəsi: Korporativ satışlarda və ya layihələrin icrasında minimum 1 illik uğurlu iş təcrübəsi;
  • Ali təhsil (biznes, marketinq, idarəetmə və ya iqtisadiyyat sahəsində olması üstünlükdür);
  • Korporativ müştərilərlə danışıqlar aparmaq və ehtiyacları düzgün təhlil etmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Aktiv, məsuliyyətli, komandada işləmə, nəticə yönümlü, cəsarətli və vaxtın idarə edilməsi bacarığı olan şəxs

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar