Aztech and Tegeta Motors

Korporativ Satış üzrə Mütəxəssis

Aztech and Tegeta Motors
Ə/h razılaşma ilə
428
Tam iş günü
Bakı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

istehsalında dünya liderlərindən biri. Məqsədimiz korporativ müştərilərə ən yüksək səviyyəli servis və orijinal ehtiyat hissələri təqdim etməkdir ki, JCB texnikası fasiləsiz işləsin. Biz komandamızda inkişaf etməyə hazır olan, böyük layihələrdə iştirak etmək və gördüyü işin nəticəsini dərhal görmək istəyən peşəkarları dəyərləndiririk.

Vəzifə və öhdəliklər

  • Korporativ müştəri bazasının  inkişafı və idarə olunması 
  • JCB servis xidmətləri və orijinal ehtiyat hissələrinin satışı 
  • Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və icrasına nəzarət 
  • Sifarişlərin yerinə yetirilməsi və çatdırılma müddətlərinin izlənməsi 
  • Müştərilərin reklamasiya və texniki suallarının həlli 
  • Satışların təhlili və gəlirin artırılması üçün strategiyaların hazırlanması 
  • Servis komandası, anbar və digər şöbələrlə əməkdaşlıq 

Təklif etdiyimiz şərait

  • Sabit əməkhaqqı + planların icrası və artıq yerinə yetirilməsinə görə bonuslar 
  • Karyera yüksəlişi imkanları 
  • Korporativ təlimlər və texniki treninqlər 
  • Peşəkar komandada, rəsmi JCB servisində işləmək imkanı 
  • Rahat iş mühiti və dəstəkçi kollektiv 

Üstünlük verilir

  • Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması 
  • Xarici təchizatçılarla işləmək üçün ingilis dili biliyi

Tələblər

  • B2B satış sahəsində (servis xidmətləri və ya ehtiyat hissələri, tikinti/kənd təsərrüfatı texnikası üzrə) iş təcrübəsi 
  • JCB texnikasını bilmək və ya qısa müddətdə öyrənmək bacarığı 
  • Korporativ səviyyədə danışıqlar aparmaq bacarığı 
  • Təşəbbüskarlıq, planlaşdırma və satışların təhlili bacarığı 
  • Komanda və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı 
  • Rus və Azərbaycan dillərini bilmək mütləqdir

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.