Confirex

Korporativ satış üzrə mütəxəssis

Confirex
700 - 1000 ₼
184
Tam iş günü
Bakı, Azərbaycan
08/05/2026 - 22/05/2026

İş haqqında məlumat

  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Müştərilərlə qarşılıqlı əlaqələrin qurulması və tələblərin yerinə yetirilməsi, i
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.

İş şəraiti

  • İş vaxtı: 1-5 günlər.
  • İş saatı: 09:00-18:00
  • İstirahət günü; şənbə- bazar.
  • Əmək haqqı: 700-1000 azn


 

Tələblər

  • Ali təhsil.
  • Yaş: 25-45
  • Korporativ satış üzrə minimum 3 illik satış təcrübəsi.
  • B2B (korporativ) satış proseslərində iştirak və müştəri portfeli formalaşdırmaq təcrübəsi.
  • Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı.
  • Satış planlarını hazırlamaq, icra etmək, aylıq həftəlik hesabatlar təqdim etmək bacarığı.
  • Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
  • Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
  • Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Out look və s);
  • Yüksək ünsiyyət qurma və təqdimat etmə bacarıqları.
  • Dil biliyi: Azərbaycan dili (mütləq), digər dillər arzuolunandır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar