İş haqqında məlumat
Təkər sənayesində 44-cü ilini qeyd edən Türkiyənin köklü və lider təkər markası Lassa 1974-cü ildə təməli qoyulub. Sabancı Holdinq tərəfindən qurulan Lassa, 1978-ci ildə istehsala başladıqdan on il sonra Yapon nəhəngi Bridgestone Corporation ilə ortaqlıq quraraq, Brisa adını aldı.
Dünya Lassa təkərləri ilə fırlanır.
Təkər sənayesində hər gün böyüyən Lassa, türk yolları sahəsindəki təcrübəsini bütün dünyaya, xüsusilə də Avropa ölkələrinə satır. 350.000 m2 sahəsi ilə dünyanın ən böyük təkər fabriklərindən biri olan Brisada istehsal edilən Lassa, 50-dən çox ölkədəki yüzlərlə satış nöqtəsində istehlakçılarını Lassa təkərlərinin keyfiyyəti ilə bir araya gətirir. Lassa təkərləri müştəri məmnuniyyəti üçün fırlanır.
Şirkət: Kaan International
İş barədə məlumat:
- Müştəri bazasının formalaşdırılması, mövcud və yeni müştərilərlə əlaqələrin qurulması (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
- Korporativ satışlarla bağlı mövcud və yeni müştərilərlə mütəmadi görüşlərin keçirilməsi.
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun təklif olunması
- Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
- Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
- Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək
İş şəraiti:
- İş vaxtı: 6 günlük (bazar ertəsi – cümə 09:00 - 17:00 dək, şənbə 09:00 - 14:00 dək;
- Əmək haqqı 800-900 AZN
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq limiti;
- Ünvan: Babək pr. 2222, “KAAN” şirkəti.
Tələblər
- Ali/Natamam ali təhsil
- Satış sahəsində minimum 1-3 il iş təcrübəsi
- Microsoft Office proqramları;
- Kompüterlə işləmə bacarığı;
- Satış prossesi üzrə biliklər;
- Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü;
- Kollektivlə işləmək bacarığı
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil