Bakı,
Azərbaycan
03/09/2026
-
03/10/2026
İş haqqında məlumat
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarının öyrənilməsi;
- Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi;
- Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak etməsi;
- Potensial korporativ müştərilərin axtarışının həyata keçirilməsi;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi;
- Təkliflərin analiz edilməsi;
Tələblər
- Ali təhsil;
- Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlis danışıq qabiliyyətli
- 2-3 ildən artıq Korporativ satış üzrə təcrübə;
- Tender.gov.az portalında işləməyi bacarığı;
- B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
- Yenilikçi, dinamik və daxili motivasiyası yüksək
- Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (arzuolunandır)
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Müxtəlif biznes proseslərdən anlayışlı olmalı;
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Enerjili, pozitiv, çevik və məsuliyyətli olması ;
- Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalı
Əlavə məlumat:
- İşçi korporativ nömrə,yemək,transport və danışıq balansı ilə təmin olunur;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
Bonus: Yüksək gəlirli
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı: I-V günlər 09:00 - 18:00
Namizədlər mövzu yerində “Korporativ satış üzrə rəhbər“ qeyd edərək öz CV-lərinizi [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.