ALCO MMC

Korporativ satış üzrə mütəxəssis

ALCO MMC
1500 ₼
298
Tam iş günü
Bakı, Azərbaycan
07/10/2026 - 21/10/2026

İş haqqında məlumat

İş yeri - Bakı şəhəri

Əmək haqqı - 1 500 AZN-dən başlayaraq

Şirkətimiz xarici bazarlarda satış fəaliyyətinin genişləndirilməsi, yeni ölkə və regionlarda müştəri portfelinin formalaşdırılması məqsədilə Beynəlxalq satış üzrə menecer / mütəxəssis vəzifəsinə peşəkar, təşəbbüskar və nəticəyönümlü əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

  • Şirkətin məhsullarının xarici bazarlarda satışının təşkili və inkişaf etdirilməsi;
  • Yeni ölkə və regionlar üzrə perspektivli satış bazarlarının araşdırılması və potensialın qiymətləndirilməsi;
  • Müxtəlif ölkələrdə potensial distribütor, diler, idxalçı, topdansatış şirkətləri və digər B2B müştərilərin müəyyən edilməsi və onlarla ilkin əlaqələrin qurulması;
  • Yeni xarici müştərilərin aktiv şəkildə axtarılması, cəlb edilməsi və uzunmüddətli əməkdaşlığa çevrilməsi;
  • Mövcud xarici müştərilərlə işgüzar münasibətlərin qorunması və satış həcminin artırılması;
  • Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi və onlara uyğun məhsul və kommersiya təkliflərinin hazırlanması;
  • Xarici tərəfdaşlarla ingilis və rus dillərində yazılı və şifahi işgüzar danışıqların aparılması;
  • Qiymət, ödəniş şərtləri, çatdırılma şərtləri, sifariş həcmi və digər kommersiya məsələləri üzrə danışıqların aparılması;
  • Kommersiya təkliflərinin, təqdimatların və digər satış materiallarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Satış prosesinin ilkin müraciətdən sifarişin təsdiqlənməsinə və müqavilənin bağlanmasına qədər idarə olunması;
  • Beynəlxalq bazarlarda rəqiblərin, qiymətlərin, məhsulların və bazar tendensiyalarının mütəmadi təhlil edilməsi;
  • Ölkələr üzrə bazara giriş imkanlarının, satış kanallarının və potensial tərəfdaşların araşdırılması;
  • Müştəri bazasının və satış imkanlarının (sales pipeline) sistemli şəkildə idarə olunması;
  • Müştərilərlə aparılan danışıqların, göndərilən təkliflərin və satış nəticələrinin mütəmadi izlənilməsi;
  • Satış planlarının və müəyyən edilmiş aylıq/rüblük hədəflərin yerinə yetirilməsi;
  • Satış göstəriciləri, yeni müştərilər, aktiv danışıqlar və perspektiv bazarlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Şirkətin məhsullarının xarici bazarlarda tanıdılması və brend mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərilməsi;
  • Beynəlxalq sərgi, konfrans və B2B görüşlərdə şirkətin təmsil olunması, yeni biznes əlaqələrinin qurulması;
  • Satış prosesində logistika, ixrac, maliyyə və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və satışdan sonrakı kommersiya münasibətlərinin davamlı şəkildə idarə olunması.

Tələblər

  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək - hər üç dildə danışıq, yazı, oxu və anlama bacarığı mütləqdir;
  • Beynəlxalq satış və xarici bazarlarla işləmək üzrə bilik və təcrübə;
  • Beynəlxalq iqtisadiyyat, xarici ticarət və ixrac prosesləri haqqında biliklərin olması;
  • Ölkələr, regionlar və beynəlxalq bazarlar üzrə yaxşı coğrafi biliklər;
  • B2B satış və yeni müştərilərin cəlb edilməsi bacarığı;
  • Bazar və rəqib analizi aparmaq bacarığı;
  • Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Analitik düşüncə və kommersiya yanaşması;
  • Müstəqil işləmək, təşəbbüs göstərmək və satış nəticəsinə fokuslanmaq bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə.

Oxşar vakansiyalar