Bakı,
Azərbaycan
27/07/2026
-
27/08/2026
İş haqqında məlumat
- Kursa müraciət edən şəxslərə tədris proqramları haqqında ətraflı məlumat vermək;
- Telefon zənglərini cavablandırmaq, Instagram Direct və digər sosial şəbəkələr vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq;
- Potensial tələbələri düzgün istiqamətləndirmək və qeydiyyata cəlb etmək;
- Tələbələrin qeydiyyatını aparmaq və məlumat bazasını mütəmadi yeniləmək;
- Yeni qrupların formalaşdırılmasını təşkil etmək;
- Müəllimlərin dərs cədvəllərini hazırlamaq və onlara nəzarət etmək;
- Dərslərin vaxtında və plan üzrə keçirilməsinə nəzarət etmək;
- Tələbələrin davamiyyətini izləmək və tədris prosesini koordinasiya etmək;
- Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Əlavə məlumat:
- İş qrafiki: Həftənin 6 günü, 09:00–18:00
- İş yeri: AZİN Academy MMC (Azin Technology)
- İş yeri ünvanı: Dərnəgül metrosu yaxınlığı, Süleyman Sani Axundov 441C
- Əmək haqqı: 500
Tələblər
- Yaş həddi: 22 – 40 yaş*
- Ali və ya orta ixtisas təhsili;
- Kurs meneceri, satış meneceri və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dili biliyi üstünlük hesab olunur);
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək ünsiyyət və inandırma bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- Gülərüz, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müraciət qaydası:
- CV-lərinizi mövzu hissəsində “Kurs Meneceri” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur: