Proxima Tech Solutions

L1 SOC analitiki

Ə/h razılaşma ilə
2554
Tam iş günü
Bakı, Azərbaycan
21.02.25 - 22.03.25

İş haqqında məlumat

  • SIEM, SOAR və digər təhlükəsizlik platformalarındanb gələn bildirişləri fasiləsiz izləmək;
  • Gündəlik təhlükəsizlik loqlarını analiz etmək və anomaliyaları aşkar etmək;
  • Təhlükə göstəricilərinə əsaslanaraq şübhəli fəaliyyətləri müəyyənləşdirmək;
  • Təhlükəsizlik insidentlərini təhlil etmək və səviyyəsinə görə təsnifləşdirmək;
  • Əsas araşdırmaları aparmaq və zərurət olduqda insidentləri L2 analitiklərinə yönləndirmək;
  • İnsident cavab prosedurlarına əsasən ilkin cavab tədbirlərini yerinə yetirmək;
  • Fişinq, zərərli proqram, giriş cəhdləri, DDoS və digər kiberhücumlar ilə bağlı insidentləri idarə etmək;
  • Təhdid kəşfiyyatı platformasından zəruri məlumatları toplayaraq aşkarlama imkanlarını inkişaf etdirmək;
  • Gündəlik və həftəlik insident hesabatları hazırlamaq və müvafiq komandalarla bölüşmək;
  • Aşkarlanmış təhdidlər və boşluqlar haqqında SOC rəhbərliyinə məlumat vermək;
  • L2/L3 analitikləri, mühəndislər və digər təhlükəsizlik komandaları ilə sıx əməkdaşlıq etmək;
  • SOC komandası üçün yeni prosedurlar və strategiyalar barədə təkliflər vermək.

Tələblər

  • Kibertəhlükəsizlik və ya SOC sahəsində ən azı 1 il təcrübə;
  • SIEM (Splunk, ELK, QRadar və s.) haqqında baza bilikləri;
  • Şəbəkə təhlükəsizliyi - firewall, IDS/IPS və EDR/XDR barədə anlayış;
  • Windows və Linux əməliyyat sistemləri ilə iş təcrübəsi və bu əməliyyat sistemlərində təhlükəsizlik loqlarını analiz etmək bacarığı;
  • İnsidentə reaksiya və kibertəhlükəsizlik çərçivələri (MITRE ATT&CK, NIST və s.) üzrə biliklər;
  • Təhlükəsizlik log-larını analiz etmək və anomaliyaları aşkar etmək bacarığı;
  • Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları;
  • Azərbaycan dili - məcburi;
  • İngilis dili - məcburi;
  • Rus dili - arzuolunandır;
  • Təhlükəsizlik avtomatlaşdırması üçün Python, Bash, PowerShell ilə skript yazmaq bacarığı;
  • Şəbəkə və host əsaslı təhdid aşkarlama sistemləri ilə işləmə bacarığı;
  • Fişinq və sosial mühəndislik hücumlarının təhlili üzrə biliklər.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar