Bakı,
Azərbaycan
02/06/2026
-
16/06/2026
İş haqqında məlumat
- İstehsal prosesinin nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq, onları analiz etmək və meydana çıxan problemlərin həlli;
- Nümunələrin təyin olunmuş metodlara uyğun analizlərinin aparılması və alınan nəticələrin qeydiyyatının düzgün aparılması;
- İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək. Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq;
- Sahəyə gələn xammalların kimyəvi tərkibini analiz etmək, uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək;
- Bütün analizlərdə uyğunsuz nəticələr görüldükdə təkrar analiz edib, səbəblərini tapmaq, qeydiyyata almaq və müvafiq tədbirlərin görülməsini haqda birbaşa rəhbərə məlumat vermək;
- Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq;
- Kimyəvi maddələrin miqdarının, avadanlıqlar və cihazların vəziyyətinin müntəzəm nəzarətdə saxlanması;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqlarının müvafiq standartların tələbinə uyğun dəqiq yerinə yetirilməsi;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqlarının təlimata uyğun şəkildə aparılmasında istifadə olunan cihaz və alətlərin düzgünlüyünün yoxlanması;
- Laboratoriyaya təqdim olunmuş yeni xammal nümunələrinin laboratoriyadakı ilkin sınaqlarının aparılması və nəticələrin hesabatının hazırlanması;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqları ilə bağlı məlumatlar toplamaq və yeni, daha effektiv, metodların laboratoriyadaki tətbiqini təşkil etmək;
- Laboratoriyanın fəaliyyəti ilə əlaqəli həftəlik, aylıq və illik hesabatlarının hazırlanması;
- Analizlər zamanı uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif edir;
- İstehsal prosesinə nəzarət edir və məhsulun keyfiyyətini artırmaq üçün lazım olan səmərələşdirici tədbirlər barədə təkliflər hazırlayır;
- Məhsul keyfiyyətindəki uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif edir;
- ISO 9001, 14001, 45001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
- İş yerlərinin, avadanlıqların və ətraf mühitin təmiz və sanitariya qaydalarına uyğun saxlanılması;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- Laboratoriyaya həvalə olunmuş avadanlıqların, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadə;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər
- Ali təhsil;
- Əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
- Gecə növbəsi üçün uyğunluq;
- MS Office komputer proqramı üzrə bacarıqlar;
- İngilis dili, Rus dili arzuolunandır;
- Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.