Fortis Group

Laborant

Ə/h razılaşma ilə
959
Tam iş günü
Xırdalan, Azərbaycan
05.05.25 - 05.06.25

İş haqqında məlumat

  • Laboratoriyada aparılan müntəzəm test və analizlərə aid nümunələri kimyəvi və fiziki analizlər üçün hazırlamaq;
  • Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Xammal (əhəng daşı, gips, klinker, qum), köməkçi maddə, qatqı maddələri üçün keyfiyyət planlarında göstərilən kimyəvi analizləri aparmaq və qeydlər götürmək;
  • Zavod daxilindən və ya xaricindən gələn nümunələrdə istənilən kimyəvi, fiziki analizləri aparmaq və qeydə almaq;
  • Analiz nəticələrini müvafiq qeyd yerlərinə sağlam bir şəkildə qeyd etmək, nəticələr barədə hesabat vermək və rəhbərinə bildirmək və qeydlərin mühafizə və gizliliyini təmin etmək;
  • Kimyəvi təhlillərdə istifadə edilən bütün məhlulları standardlara uyğun hazırlamaq, faktor təsbiti aparmaq və məhlulları təzə və hər zaman istifadəyə hazır olmasını təmin etmək;
  • Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları sınaqlara hazırlamaq;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
  • Nahar ilə təmin edilir;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
  • İş yeri: Xırdalan şəhəri.

Tələblər

  • Yaş həddi 25-45 (Bəy namizədlərə üstünlük verilir);
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.