Unimetal MMC

Laborant

Unimetal MMC
800 - 900 ₼
808
Tam iş günü
Bakı, Azərbaycan
31.07.2025 09:54 - 31.08.2025 12:00

İş haqqında məlumat

  • Metal və metal məhsullarının analizində istifadə olunan laboratoriya avadanlıqlarını tanımalı və onlarla təhlükəsiz və düzgün işləməyi bacarmalıdır;
  • Analiz prosesi zamanı aparılan müşahidə və nəticələri səliqəli, dəqiq və standartlara uyğun şəkildə qeydiyyata almalıdır;
  • İstehsalatda istifadə olunan xammal və hazır məhsullar üzrə kimyəvi və fiziki laborator analizlərini yerinə yetirməlidir;
  • Laboratoriya rəhbərinin tapşırığı və nəzarəti altında, gündəlik istehsalatdan götürülmüş nümunələrin keyfiyyət göstəricilərinin analizini mövcud prosedurlara uyğun və vaxtında həyata keçirməlidir;
  • Metal məhsulların keyfiyyət dərəcələrini izləməli, norma və standartlardan kənara çıxmaları vaxtında aşkar etməli və hesabat verməlidir;
  •  Cihazların göstəricilərini və laborator nəticələri müvafiq jurnallarda və ya 1C ERP proqramında qeydə almalıdır;
  •  İstehsalat sahəsində sanitar-gigiyenik şəraitə nəzarət etməli, zəruri hallarda rəhbərliyə məlumat verməlidir;
  • İş prosesində əmək mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməlidir.

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi ;
  • Əmək haqqı 800-900 AZN;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Ünvan: Abşeron rayonu., Məmmədli kəndi.

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Kimya, kimya mühəndisliyi, materialşünaslıq, texnologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Sənaye laboratoriyası və ya metal məhsullarının keyfiyyət nəzarəti sahəsində ən azı 1 il iş təcrübəsi ;
  • Metal və xammal nümunələri üzərində analitik laboratoriya analizləri aparmaq bacarığı Laboratoriya cihaz və avadanlıqları ilə işləmək təcrübəsi ;
  • Analitik düşüncə tərzi, dəqiqlik və məsuliyyətli yanaşma;
  • Qeydiyyat və sənədləşdirmə işlərini səliqəli şəkildə aparmaq bacarığı (istifadə edilən proqram təminatında (1C ERP).


Oxşar vakansiyalar