R - Pharm

Laborant

R - Pharm
Ə/h razılaşma ilə
4219
Tam iş günü
Bakı, Azərbaycan
30/01/2026 - 13/02/2026

İş haqqında məlumat

  • Cari analizlər üçün məhlulların hazırlanması;
  • Reaktivlərin saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət (müntəzəm yoxlama);
  • Yararlılıq müddəti bitmiş hazırlanmış məhlulların vaxtında utilizasiya edilməsi;
  • Laboratoriya qablarının keyfiyyətli şəkildə təmizlənməsi, yuyulması və qurudulması;
  • Analitik tərəzilərin yoxlanılması, pH-metrin kalibrasiya edilməsi və nəticələrin avadanlıq jurnallarında qeyd edilməsi;
  • Anbardan zəruri reaktivlərin, materialların və standart nümunələrin alınması üçün sifarişlərin hazırlanması;
  • Reaktivlərin, köməkçi maddələrin və materialların, standart nümunələrin uçotu;
  • Zəruri reaktivlərin, kimyəvi qabların və sərfiyyat materiallarının (filtrlər, xromatoqrafik kolonlar, TSH üçün plastinlər və s.) alınması üçün sifarişlərin vaxtında tərtib edilməsi;
  • Reaktivlərin, köməkçi maddələrin və materialların sərfiyyatı barədə hesabatların vaxtında hazırlanması;
  • Xammalın, qablaşdırma materiallarının, yarımfabrikatların və hazır məhsulun nümunələrinin götürülməsində iştirak.

Iş şəraiti:

  • İş yeri: Pirallahı Sənaye Parkı 
  • Servis xidməti mövcuddur;
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş günü: Həftənin 5 günü;
  • Nahar şirkət tərəfindən ödənilir;
  • Tibbi sığorta
  • Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə;

Tələblər

  • İxtisas üzrə təhsil (kimya-texnoloji və ya kimya-bioloji);
  • Minimum 1 il iş təcrübəsi;
  • Ümumi və analitik kimyanın əsaslarını, kimyəvi laboratoriyalarda iş qaydalarını bilmək (laboratoriya qabları, turşular, qələvilər, üzvi həlledicilərlə iş zamanı ümumi tələblər);
  • Azərbaycan və rus dillərini bilmək.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.