Storm Solutions MMC
Ə/h razılaşma ilə
508
Tam iş günü
Bakı, Azərbaycan
09/04/2026 - 23/04/2026

İş haqqında məlumat

  • İstehsal prosesinin nəzərdə tutulmuş nöqtələrindən təyin olunmuş vaxtlarda nümunələr almaq, onları analiz etmək və meydana çıxan problemlərin həlli;
  • Nümunələrin təyin olunmuş metodlara uyğun analizlərinin aparılması və alınan nəticələrin qeydiyyatının düzgün aparılması;
  • İstehsal prosesindən alınan nümunələrin analiz nəticələrinin tərtib olunmuş hədəf intervalından kənara çıxmasına yol verməmək. Bu məsələdə istehsala nəzarət edən operatorlarla sıx əlaqə qurmaq; 
  • Sahəyə gələn xammalların kimyəvi tərkibini analiz etmək, uyğunsuzluq varsa dərhal birbaşa rəhbərinə məlumat vermək;
  • Bütün analizlərdə uyğunsuz nəticələr görüldükdə təkrar analiz edib, səbəblərini tapmaq, qeydiyyata almaq və müvafiq tədbirlərin görülməsini haqda birbaşa rəhbərə məlumat vermək;
  • Təlimata uyğun olaraq cihazları uyğun standart nümunə ilə yoxlamaq;
  • Kimyəvi maddələrin miqdarının, avadanlıqlar və cihazların vəziyyətinin müntəzəm nəzarətdə saxlanması;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
  • Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqlarının müvafiq standartların tələbinə uyğun dəqiq yerinə yetirilməsi;
  • Məhsulun kimyəvi və  fiziki-mexaniki sınaqlarının təlimata uyğun şəkildə aparılmasında istifadə olunan cihaz və alətlərin düzgünlüyünün yoxlanması;
  • Laboratoriyaya təqdim olunmuş yeni xammal nümunələrinin laboratoriyadakı ilkin sınaqlarının aparılması və nəticələrin hesabatının hazırlanması;
  • Məhsulun kimyəvi və  fiziki-mexaniki sınaqları ilə bağlı məlumatlar toplamaq və yeni,  daha effektiv, metodların laboratoriyadaki tətbiqini təşkil etmək;
  • Laboratoriyanın fəaliyyəti ilə əlaqəli həftəlik, aylıq və illik hesabatlarının hazırlanması;
  • Analizlər zamanı uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif edir;
  • İstehsal prosesinə nəzarət edir və məhsulun keyfiyyətini artırmaq üçün lazım olan səmərələşdirici tədbirlər barədə təkliflər hazırlayır;
  • Məhsul keyfiyyətindəki uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif edir;
  • ISO 9001, 14001, 45001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
  • İş yerlərinin, avadanlıqların və ətraf mühitin təmiz və sanitariya qaydalarına uyğun saxlanılması;
  • Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
  • Laboratoriyaya həvalə olunmuş avadanlıqların, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
  • İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
  • Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadə;
  • Daxili əmək intizamı qaydalarına riayət etmək;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)


 

Tələblər

  • Tam, natamam orta təhsil və ya peşə məktəbi; 
  • EN196-2, EN197-1 standartları haqda biliklər;
  • Rentgen spektral analiz cihazının istifadə qaydası;
  • Əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Ünsiyyət.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.