CMT Group LLC

Laborant (İstehsalat sahəsi – Boya istehsalı)

CMT Group LLC
600 ₼
233
Tam iş günü
Bakı, Azərbaycan
14/10/2026 - 28/10/2026

İş haqqında məlumat

Ünvan: Abşeron rayonu aşağı güzdək qəsəbəsi.

Sahə: Boya istehsalı

Vəzifə öhdəlikləri:

  • Tstehsala daxil olan piqmentlərin, doldurucuların, qatranların, həlledicilərin, suyun, əlavələrin və digər xammalların nümunələrini müəyyən edilmiş qaydada götürmək.
  • Xammalın xarici görünüşünü, rəngini, homogenliyini və texniki sənədlərdə nəzərdə tutulan digər göstəricilərini yoxlamaq.İstehsalat resepturalarının hazırlanması və optimallaşdırılması;
  • Xammalın düzgün seçilməsi və laborator nəzarətin aparılması;
  • Təsdiq edilmiş metodikalara uyğun olaraq sıxlıq, özlülük, pH, bərk maddə miqdarı, dispersiya dərəcəsi və digər tətbiq olunan göstəriciləri müəyyən etmək.
  • Məhsul keyfiyyətinin standartlara uyğunluğuna nəzarət;
  • Texnoloji xəttdə yaranan problemlərin təhlili və həlli;
  • Xammalın keyfiyyət sənədlərini və laboratoriya nəticələrini müqayisə etmək, uyğunsuzluq aşkar edildikdə rəhbərinə məlumat vermək.
  • Yeni məhsulların hazırlanması və sınaqdan keçirilməsi;
  • Avadanlıqların düzgün və təhlükəsiz işləməsinə nəzarət;
  • İstehsalat proseslərinin sənədləşdirilməsi və hesabatların hazırlanması.

Tələblər

  • Kimya, kimya texnologiyası, kimya mühəndisliyi və ya uyğun texniki sahə üzrə ali və ya orta ixtisas təhsili arzuolunandır.
  • Toz məhsullarla (sement, beton, qatqılar və s.) işləmək üzrə təcrübə arzuolunandır;
  • Texnoloji prosesləri anlamaq və analiz etmək bacarığı;
  • Laboratoriya avadanlıqları ilə işləmək təcrübəsi;
  • Məsuliyyətli, diqqətli və nəticə yönümlü olmaq;
  • Komanda ilə işləmək bacarığı.

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;
  • 600 AZN əmək haqqı (real bilik və təcrübəyə görə);
  • Nahar və servis xidməti;
  • Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq;
  • Peşəkar inkişaf imkanı.
  • Xanım namizədlər tələb olunur.
  • iş saatı 08:00 dan 17:00 kimi
  • 6 günlük