İstisu mineral su zavodu

Laborant-kimyaçı

İstisu mineral su zavodu
Ə/h razılaşma ilə
232
Tam iş günü
Bakı, Azərbaycan
10/07/2026 - 24/07/2026

İş haqqında məlumat

  • mineral suyun keyfiyyətini təmin etmək məqsədilə fiziki, kimyəvi və mikrobioloji analizlərini həyata keçirmək; analiz nəticələrini dəqiq və vaxtında qeydə almaq;
  • laboratoriya avadanlıqlarının düzgün işləməsini təmin etmək, texniki xidmətin göstərmək;
  • avadanlıqların kalibrlənməsi işlərini və yoxlanılmasını həyata keçirmək;
  • laboratoriya işlərini  standartlara uyğun aparmaq, müvafiq qaydalara riayət etmək;
  • laboratoriya işlərinin standartlarını hazırlamaq və tətbiq etmək;
  • istehsal prosesində istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
  • keyfiyyətlə bağlı problemləri aşkar etmək və müvafiq tədbirlər görmək;
  • laboratoriyanın ehtiyat hissələrinin və materiallarının qeydiyyatını aparmaq;
  • laboratoriya fəaliyyətinin nəticələri, analizlər və müayinələr üzrə hesabatlar hazırlamaq;
  • istehsal prosesinin keyfiyyətini artırmaq üçün statistik analizlər aparmaq;
  • Zavodunun Nizamnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

  • İş yeri: Kəlbəcər rayonu, İstisu qəsəbəsi.
  • İş vaxtı: 9:00 – 18:00;
  • Şirkət tərəfindən 3 dəfə qidalanma;
  • Kəlbəcərdə yaşayış yeri;
  • Servis şirkət tərəfindən təqdim edilir. Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti;

Tələblər

  • Təhsil: müvafiq sahədə ali təhsil;
  • İş stajı: müvafiq sahədə 1 il iş stajı;
  • Kompüter bilikləri: MS Office yüksək səviyyədə;
  • Xarici dil bilikləri: Rus dili – B1, İngilis dili – A2.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun