Sumqayıt,
Azərbaycan
09.10.2025 12:57
-
09.11.2025 12:00
İş haqqında məlumat
- Laboratoriyanın gündəlik fəaliyyətinə, o cümlədən bütün sınaq və analiz işlərinə rəhbərlik etmək;
- Məhsul və materialların fiziki, elektrik və mexaniki keyfiyyət nəzarət sınaqlarının aparılmasını təşkil etmək və nəzarət etmək;
- Sınaq protokollarının, hesabatlarının və digər texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək;
- Laboratoriya avadanlıqlarının kalibrasiyası, texniki qulluğu və iş vəziyyətində saxlanmasına nəzarət etmək;
- Laboratoriya işçilərinin işinə nəzarət etmək və onlara texniki təlim keçmək;
- Keyfiyyətə Nəzarət şöbəsi ilə sıx əməkdaşlıq edərək, keyfiyyət standartlarına riayət olunmasını təmin etmək;
- Laboratoriyada təhlükəsizlik qaydalarına və prosedurlarına ciddi riayət olunmasına nəzarət etmək.
Biz Təklif Edirik:
- Əmək haqqı (xalis): 1200 AZN;
- Nahar və servis xidməti;
- Davamlı peşəkar inkişaf imkanları;
- Sabit və təşkilatlı iş mühiti.
İş Rejimi:
- İş günləri: Həftədə 5 gün;
- İş saatları: 09:00 – 18:00;
- Ünvan: Sumqayıt şəhəri,Sumqayıt Texnologiyalar Parkı (STP 2).
Maraqlandığınız təqdirdə,CV-nizi mövzu hissəsində "Laboratoriya Müdiri" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Tələblər
- Təhsil: Mühəndislik (Elektrik, Elektronika, Mexanika, Kimya) və ya digər texniki elm sahələri üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: İstehsalat və ya sınaq laboratoriyasında minimum 3-5 il təcrübə, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə üstünlükdür;
- Yaş məhdudiyyəti; 30-40.
Bacarıqlar:
- Laboratoriya avadanlıqları və ölçmə cihazları ilə işləməkdə mükəmməl biliyə malik olmaq;
- Məhsul sınağı üsulları və standartları (ASTM, ISO, IEC və s.) haqqında dərin anlayış;
- Normativ və texniki sənədləri oxumağı və şərh etməyi bacarmaq;
- Məlumatların analizi və hesabatların hazırlanması üçün proqram təminatından (MS Office, xüsusi laboratoriya proqramları) istifadə bacarığı;
- Yaxşı təşkilatçılıq və komanda idarəetmə bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində); İngilis və ya Rus dillərindən biri üstünlükdür.