Bakı,
Azərbaycan
18/08/2026
-
01/09/2026
İş haqqında məlumat
- Laboratoriya Müdiri tekstil boyama laboratoriyasının fəaliyyəti, rəng inkyeriafı, Lab Dip, boya reseptlərinin hazırlanması və test nəticələrinin dəqiqliyi üzrə məsuliyyət daşıyır. Vəzifə laboratoriya komandasını idarə edir, keyfiyyət standartlarının tətbiqinə nəzarət edir və istehsalat və keyfiyyət komandaları ilə koordinasiyanı təmin edir.
- Biz laboratoriya proseslərini effektiv idarə etməklə yanaşı, keyfiyyət problemlərini təhlil edən, prosesləri davamlı təkmilləşdirən və GiLTEX üçün stabil, yüksək keyfiyyətli və təkrarlana bilən boyama nəticələri təmin edən texniki lider axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Laboratoriyanın gündəlik fəaliyyətini və laboratoriya əməkdaşlarının işini idarə etmək;
- Laboratoriya üzrə iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətinə nəzarət etmək və komandanın effektivliyini təmin etmək;
- Lab Dip hazırlanması, rəng inkişafı və boya reseptlərinin hazırlanması proseslərini idarə etmək;
- Rəng ölçmələrini həyata keçirmək və ΔE (Delta E) göstəricilərini təhlil və nəzarətdə saxlamaq;
- Rəng uyğunluğu, rəng tolerantlığı və rəng qiymətləndirməsi proseslərinə nəzarət etmək;
- Laboratoriya nəticələri əsasında boyama proseslərinin düzgün, sabit və təkrarlana bilən şəkildə həyata keçirilməsini təmin etmək;
- Spektrofotometr və digər laboratoriya avadanlıqlarının düzgün istifadəsinə, texniki vəziyyətinə və kalibrlənməsinə nəzarət etmək;
- Parça, boya və tekstil kimyəvi maddələri üzrə tələb olunan laboratoriya testlərinin vaxtında və düzgün həyata keçirilməsini təmin etmək;
- Laboratoriya test nəticələrinin düzgün sənədləşdirilməsinə və qeydiyyatının aparılmasına nəzarət etmək;
- İstehsalat və Keyfiyyət şöbələri ilə sıx əməkdaşlıq edərək boyama və tamamlama proseslərinin effektivliyini təmin etmək;
- Boyama və tamamlama proseslərində yaranan keyfiyyət problemlərini araşdırmaq, kök səbəb analizlərini həyata keçirmək və davamlı həllər hazırlamaq;
- Laboratoriya nəticələri ilə istehsal nəticələri arasında uyğunluğu təhlil etmək və zəruri hallarda düzəldici tədbirlərin görülməsini təmin etmək;
- Müştəri standartlarını, texniki spesifikasiyaları və keyfiyyət tələblərini izləmək və onların laboratoriya proseslərində tətbiqini təmin etmək;
- OEKO-TEX, ISO və digər müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğa nəzarət etmək;
- Laboratoriyanın fəaliyyət göstəricilərini, test nəticələrini və əsas problemləri mütəmadi olaraq hesabat şəklində təqdim etmək;
- Laboratoriyada keyfiyyətə nəzarət və sənədləşdirmə proseslərinin düzgün təşkilini təmin etmək;
- Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və kimyəvi maddələrlə işləmə qaydalarının tətbiqinə nəzarət etmək;
- Laboratoriya proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təşəbbüslər irəli sürmək.
İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2, Azərbaycan
Tələblər
- Tekstil mühəndisliyi, Kimya mühəndisliyi, Kimya və ya əlaqəli ixtisaslar üzrə ali bakalavr təhsili, magistr təhsili üstünlükdür;
- Tekstil boyama və laboratoriya prosesləri üzrə minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 3 il rəhbər vəzifədə təcrübə
- Azərbaycan dili sərbəst, Türk dili yaxşı, Rus dili və İngilis dili bilikləri üstünlükdür.
- Tekstil boyama, rəng inkişafı, Lab Dip və boya reseptlərinin hazırlanması üzrə praktiki təcrübə;
- Tekstil boyama və tamamlama prosesləri üzrə güclü texniki bilik;
- Tekstil test standartları, müştəri keyfiyyət tələbləri və texniki spesifikasiyalar barədə bilik;
- ΔE (Delta E), rəng tolerantlığı və rəng qiymətləndirməsi üzrə praktiki bilik və təcrübə;
- Spektrofotometr və digər laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
- Boya və tekstil kimyəvi maddələri üzrə texniki bilik;
- OEKO-TEX, ISO və digər müvafiq keyfiyyət standartları haqqında məlumat;
- Kök səbəb analizi, problem həlli və analitik düşünmə bacarığı;
- Komanda idarəetməsi və əməkdaşların fəaliyyətinin koordinasiyası üzrə təcrübə;
- İstehsalat və Keyfiyyət komandaları ilə effektiv əməkdaşlıq bacarığı;
- MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- ERP və laboratoriya proqramları ilə işləmə təcrübəsi üstünlükdür.
Tələb olunan bacarıqlar:
- Tekstil boyama laboratoriyasında güclü praktiki və texniki təcrübə;
- Lab Dip, rəng inkişafı, boya reseptlərinin hazırlanması və ΔE qiymətləndirilməsi üzrə praktiki təcrübə;
- Boyama və tamamlama proseslərini texniki baxımdan düzgün qiymətləndirə bilmək;
- Laboratoriya komandasını effektiv idarə etmək və iş prosesini təşkil etmək bacarığı;
- Keyfiyyət problemlərini təhlil etmək, kök səbəbi müəyyənləşdirmək və davamlı həllər hazırlamaq bacarığı;
- Müştəri standartları, OEKO-TEX, ISO və digər beynəlxalq keyfiyyət tələbləri barədə bilik;
- Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük;
- İstehsalat və digər əlaqəli şöbələrlə effektiv kommunikasiya və koordinasiya bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun