Bakı,
Azərbaycan
16/12/2025
-
23/12/2025
İş haqqında məlumat
- Tikinti layihəsi üzrə torpaq, beton və digər materialların laboratoriya sınaqlarını aparmaq və nəticələrini qiymətləndirmək.
- Sınaqların layihə spesifikasiyalarına, texniki standartlara və keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq.
- Sınaqlar əsnasında aşkar edilən keyfiyyət və ya proses pozuntularını sənədləşdirərək laboratoriya menecerinə və QC komandaya hesabat vermək.
- Test nümunələrinin götürülməsi, düzgün saxlanması və laboratoriyaya göndərilməsini təmin etmək.
- Gündəlik və ya həftəlik laboratoriya sınaq hesabatlarını hazırlamaq, nəticələri təhlil etmək və tövsiyələr vermək.
- Laboratoriya prosedurlarına, yerli və beynəlxalq keyfiyyət standartlarına (ISO, ASTM və s.) riayət etmək.
- Layihə komandası ilə əməkdaşlıq edərək sınaq nəticələrinə əsasən problemlərin həllini təmin etmək və iş proseslərini təkmilləşdirmək.
- Tikinti sahəsində QC və laboratoriya komandaları ilə koordinasiyanı təmin etmək, düzgün məlumat mübadiləsini həyata keçirmək.
- Təhlükəsizlik qaydalarına riayət edərək laboratoriya və tikinti sahəsində işlərin təhlükəsiz aparılmasını təmin etmək.
Tələblər
- Ali təhsil: Geotexnika, Tikinti, Materialşünaslıq və ya müvafiq mühəndislik sahəsi.
- Beton, torpaq və digər tikinti materiallarının laboratoriya sınaqları üzrə təcrübə.
- Test metodologiyaları və laboratoriya standartları üzrə biliklər (ISO, ASTM və digər beynəlxalq standartlar).
- Microsoft Office proqramlarında sərbəst işləmək (Word, Excel, PowerPoint).
- Analitik düşüncə, nəticələrin təhlili və hesabat hazırlama bacarığı.
- Komanda ilə işləmək, layihə daxilində koordinasiya və əməkdaşlıq bacarığı.
- Təhlükəsizlik qaydalarına və keyfiyyət standartlarına ciddi riayət etmək.
Müraciət:
CV-nizi “Laboratoriya mühəndisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.