Azerbaijan Coca - Cola Bottlers

Laboratoriya Operatoru

Azerbaijan Coca - Cola Bottlers
Ə/h razılaşma ilə
645
Tam iş günü
İsmayıllı, Azərbaycan
01/04/2026 - 15/04/2026

İş haqqında məlumat

  • Xətti başlatmaq və başlanğıc analizləri prosedura uyğun olaraq vaxtında həyata keçirmək;
  • Prosedura uyğun istehsal sahələrindən məhsul, su , sirop və qaz nümunələrini götürüb və fabrika laboratoriyalarında analizlərini etmək;
  • Keyfiyyət planlarının yerinə yetirilməsinə cavabdeh olmaq;
  • Analizlər haqqında qeydlər aparmaq,qeydləri analiz edib və xəttə müdaxilə etmək;
  • Xammal giriş kontrolu və analizləri aparmaq;
  • Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texniki qrupun tərkibində iştirak etmək və  avadanlıqlarda müvafiq yoxlamalar aparmaq;
  • Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək;
  • Problemləri müəyyən etmək və növbə rəisinə hesabat vermək, uyğunsuzluq vəziyyətini qeyd etmək, düzəldici/önləyici fəaliyyətləri təqib etmək;

İş yeri – İsmayıllı

İş mövsümidir – 5 aylıq 


 

Tələblər

  • İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə Bakalavr təhsili
  • Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki biliklər
  • Steril şəraitdə işləmə bacarığı  
  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı
  • MC Office bilikləri  
  • Komandada işləmə bacarığı
  • Ünsiyyət bacarığı 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.