Medco Hospital

Laboratoriya qeydiyyatçısı

Medco Hospital
Ə/h razılaşma ilə
711
Tam iş günü
Bakı, Azərbaycan
25.07.2025 12:50 - 25.08.2025 12:00

İş haqqında məlumat

  • Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikaya “Laboratoriya qeydiyyatçısı” vakansiyası üzrə iş imkanları təklif edirik;
  • Vəzifə öhdəlikləri:
  • Laboratoriyaya müraciət edən pasiyentlərin qeydiyyatının aparılması;
  • Analizlərin qeydiyyatının düzgün və tam şəkildə sistemə daxil edilməsi;
  • Nümunələrin kodlaşdırılması və laboratoriya personalına düzgün ötürülməsi;
  • Laborator nəticələrin sistemə daxil olunması və pasiyentə təqdim olunması prosesində iştirak;
  • Laboratoriya işində istifadə olunan proqram təminatı ilə işləmək;
  • Pasiyent məlumatlarının konfidensiallığının qorunması;
  • Laboratoriya və qeydiyyatla bağlı sənədlərin arxivləşdirilməsi və sistemli saxlanması;
  • Laboratoriya personalı və digər şöbələrlə koordinasiyalı işləmək.
  • Peşəkar və mehriban kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Stabil iş mühiti;
  • İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Korporativ təlimlərdə iştirak;
  • İş şəraiti:
  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu;
  • İş qrafiki: 6 günlük ;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;
  • Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Laboratoriya qeydiyyatçısı” qeyd edərək CV- ni [email protected] elektron poçt ünvanına göndərə bilər;
  • Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Tələblər

  • Orta ixtisas və ya ali təhsil (tibb, biokimya, səhiyyə idarəçiliyi sahəsində təhsil üstünlükdür);
  • Tibbi qeydiyyat sahəsində ən azı 1 il iş təcrübəsi (laboratoriya sahəsində təcrübə üstünlükdür);
  • Kompüter proqramları ilə işləmə bacarığı (xüsusilə qeydiyyat və laboratoriya sistemləri);
  • Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
  • Etik davranış və pasiyentlərlə nəzakətli ünsiyyət bacarığı;
  • Sürətli və gərgin iş rejimində işləyə bilmək;
  • Tibbi sənədlərlə işləmə və məxfi məlumatların qorunması bacarığı;