Bakı,
Azərbaycan
30/01/2026
-
13/02/2026
İş haqqında məlumat
- Texnoloji prosesin düzgün aparılmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
- Keyfiyyət sisteminin qurulması, nəzarəti və işçilərin idarə olunması;
- Laboratoriya təhlillərini aparılmasına və onun nəticələrinin təhlil jurnallarında qeyd edilmədinə nəzarət;
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadə etmək;
- İstehsalatda keyfiyyətə nəzarət məqsədi ilə yeni laboratoriya sınaqlarının hazırlanması və tətbiqi, həmçinin mövcud metodların təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik etmək;
- İş planına əsasən növbə ərzində edilən laboratoriya analizlərinin hesabatını hazırlamaq;
- Analiz metodlarının müəyyən edilməsini, formaların tərtib edilməsini, iş təlimatlarının hazırlanmasını təşkil etmək;
- Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların
İş şəraiti:
- İş yeri: Pirallahı Sənaye Parkı
- Servis xidməti mövcuddur;
- İş saatı: 09-00-dan 18-00-dək;
- İş günü: Həftənin 5 günü;
- Nahar şirkət tərəfindən ödənilir;
- Tibbi sığorta
- Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə;
Tələblər
- Müvafiq sahə üzrə Ali təhsil
- Rəhbər vəzifələrdə ən az 3 il iş təcrübəsi olmalı
- Azərbaycan, ingilis və rus dillərini bilməli
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analitik düşünmə qabliyyəti;
- Analiz və idarəetmə bacarığı.
- MS office proqramlarını əla səviyyədə bilməli;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.