Bakı,
Azərbaycan
09.05.25
-
09.06.25
İş haqqında məlumat
- Keyfiyyətə Nəzarət Planında təsvir olunan bütün analizləri dəqiq və vaxtında yerinə yetirir, nəticələrin daxili spesifikasiyalara, istehsalatın keyfiyyət hədlərinə, standartlara və normalara uyğunluğunu təmin edir;
- İstehsalatın tələblərinə və ətraf mühitə dair tənzimləyici qaydalara uyğunluğu təmin etmək məqsədilə alternativ yanacaqların qəbul edilməsi, hazırlanması, sınaqdan keçirilməsi və keyfiyyətinin yoxlanılması üçün cavabdehlik daşıyır;
- AFR (Alternativ Yanacaq və Xammal) laboratoriya avadanlıqlarının düzgün işlədilməsini və istifadəsini təmin edir, onların müntəzəm olaraq standartlara uyğun şəkildə kalibrlənməsini həyata keçirir;
- Daxili və xarici nümunələrin qəbul edilməsi, hazırlanması, yoxlanılması və saxlanması proseslərinə cavabdehlik daşıyır. Nümunələrin anbarda düzgün saxlanılmasını, müvafiq müddətdə saxlanılmasını və utilizasiyasını lazımi qeydləri apararaq təmin edir;
- İstehsalat və API 10A standartının tələblərinə uyğunluğu təmin etmək məqsədilə quyu sementi laboratoriyasının fəaliyyətlərini həyata keçirir;
- Laboratoriyanın daimi fəaliyyətini təmin etmək məqsədilə tələb yarandığı hallarda növbəli iş rejimini dəstəkləyir;
- Laboratoriya fəaliyyətlərinin və qeydlərinin standartlara uyğun şəkildə dəqiq sənədləşdirilməsini və daxili/xarici nümunələrin izlənilməsi ilə laboratoriya qeydlərinin hazırlanmasını və saxlanılmasını təmin edir;
- Laboratoriyada sınaqdan keçirilmiş test nəticələrində hər hansı təsdiq olunmuş kənara çıxma hallarını müəyyən edir, araşdırır, hesabat verir və qeydlər aparır. Nəticələr və uyğunsuzluqlar barədə Laboratoriya Rəhbərini vaxtında məlumatlandırır;
- Dəqiq analiz nəticələrini əldə etmək üçün laboratoriya avadanlığı və metodlarının kalibrasiyasına və yoxlanmasına cavabdehlik daşıyır;
- Keyfiyyət məlumatlarının və sınaq nəticələrinin düzgünlüyünü izləyir və yoxlayır, laboratoriya nəticələrinin məlumat bazasını saxlayır, statistik analizlər aparır və keyfiyyət hesabatları hazırlayır;
- Analiz nəticələrinin və qeydlərinin dəqiqliyini təmin edir, nəticələrin təşkilat xaricindəki məxfiliyini və qərəzsizliyini qoruyur. Məlumatların LIMS-ə düzgün daxil olunmasını təmin edir;
- Laboratoriyanın daimi fəaliyyəti üçün kimyəvi maddələrin və digər materialların ehtiyatını nəzarətdə saxlayır; Qarışığı, və Beton doldurucularınin istehsalı və satışı üzrə dünya liderlərindən biridir.
- İstifadə olunan avadanlığın təmizlənməsinə və saz saxlanmasına cavabdehlik daşıyır, nasazlıqlar olduğu halda Laboratoriya Rəhbərinə məlumat verir;
- Laboratoriyanın daim təmiz və səliqəli saxlanılmasını təmin edir;
- Laboratoriya Rəhbəri tərəfindən verilmiş əlavə tapşırıqları öz vəzifə və öhdəlikləri daxilində yerinə yetirir;
- Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin Qorunması (HSE) qaydalarına uyğun fəaliyyət göstərir;
- Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydalarına riayət edir.
Tələblər
- Kimya və Kimya mühəndisliyi sahəsində ali təhsil;
- Müvafiq sahə üzrə minimum bir il iş təcrübəsi;
- MS Office tətbiqi;
- Detallara diqqətlə yanaşmaq;
- Azərbaycan - ana dili, İngilis dili biliyi yazı və danışıq.