İş haqqında məlumat
İş rejimi: Tam ştat, 09:00-18:00
Məkan: İçəri Şəhər, Bakı
Təşkilat: "Üçüncü Bahar" Yaşlılara Dəstək İctimai Birliyi
Üçüncü Bahar İctimai Birliyinin məqsədi ölkədə yaşayan yaşlı insanların sosial rifahının yaxşılaşdırılması onların asudə zamanlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiyasını təmin edərək fəal yaşlanmalarını təşviq etməkdir. Birliyin nəzdnində YAŞA Mərkəzləri fəaliyyət göstərir.
Komandamız sosial layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərən layihə assistenti axtarır. Bu vəzifə layihə koordinatoruna müxtəlif istiqamətlərdə dəstək göstərməyi, tədbir təşkilatçılığını və geniş tərəfdaş şəbəkəsi ilə əlaqələrin idarə edilməsini əhatə edir. İş prosesində özəl şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəzərdə tutulur.
Tələblər
Dil bilikləri: (yaxşı səviyyədə ünsiyyət və yazı bacarığı tələb olunur)
- Azərbaycan (səlis)
- İngilis (arzu olunan)
- Rus (səlis)
Şəxsi keyfiyyətlər:
- Yüksək kommunikasiya bacarığı
- Öyrənməyə həvəsli
- Dəyişən şəraitə tez uyğunlaşmaq
- Empatiya qura bilmək bacarığı
- Sosial yönümlü
Peşəkar bacarıqlar:
- Təqdimat bacarığı
- Rəsmi yazışmalar bacarığı
- Namizəd müxtəlif auditoriyalar qarşısında informasiyanı aydın və təsirli
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.