Layihə koordinatoru

Do İT MMC
500 - 800 ₼
1291
Tam iş günü
Bakı, Azərbaycan
16.06.2025 23:38 - 16.07.2025 12:00

İş haqqında məlumat

  • Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarının yaradılması;
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
  • Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək;
  • Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək;
  • Layihə rəhbərin göstərişi ilə layihə planı və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə edilməsi;
  • Tapşırıqların qeyd edilməsi üçün onlayn sistemlərlə işləmək bacarığı;
  • Görülən işlərin uçotunun aparılması və layihə rəhbəri tərəfindən verilən digər tapşırıqlar;
  • Əmək haqqı: 500-800 AZN, namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
  • Şəhərin mərkəzində ofis: Passage 1901, Nigar Rəfibəyli 12;
  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar təlimlərdə iştirak.

Tələblər

  • Yaş: 20-30;
  • Təhsil: Ali;
  • İş təcrübəsi: 1-3 il;
  • Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür; 
  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə;
  • Ali təhsil, (Layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir);
  • Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
  • Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
  • Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik.