AGEC

Layihə Koordinatoru

AGEC
Ə/h razılaşma ilə
585
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

  • Layihə planlarının, vaxt cədvəllərinin və fəaliyyət qrafiklərinin hazırlanmasına dəstək göstərmək;
  • Layihə üzrə gündəlik əməliyyat proseslərini koordinasiya etmək;
  • Mühəndislərin, podratçıların və məsləhətçi (konsultant) şirkətlərin fəaliyyətinin koordinasiyası və idarə olunmasına dəstək;
  • Dövlət qurumları ilə rəsmi yazışmaların və əlaqələrin təşkili, müqavilələrin və dövlət icazələrinin alınması prosesinin koordinasiyası və dəstəyi;
  • Layihə üzrə xərclərin monitorinqi, invoysların yoxlanılması və təsdiq prosesinin koordinasiyası.
  • Görüşlərin təşkili, protokolların hazırlanması və tapşırıqların icrasında dəstək;
  • Layihə sənədlərinin düzgün arxivləşdirilməsini və yenilənməsini təmin etmək;
  • Aylıq və həftəlik hesabatların hazırlanmasına dəstək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

İş yeri: “Clean Energy İnvest Naxçıvan” MMC, Port Baku Tower 1


 

Tələblər

  • İdarəetmə, mühəndislik, bərpa olunan enerji və ya müvafiq sahə üzrə ali təhsil;
  • Layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi (bərpa olunan enerji layihələri üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə və təşkilatçılıq bacarığı;
  • Komanda ilə işləmək və vaxtın effektiv idarə olunması bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.