Kontinent İnşaat

Layihə Memarı

Kontinent İnşaat
1500 - 2500 ₼
362
Tam iş günü
Bakı, Azərbaycan
05/06/2026 - 19/06/2026

İş haqqında məlumat

  • Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi
  • Eskiz, layihə və icra mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması
  • İşçi layihələrin (planlar, fasadlar, kəsiklər, düyünlər, detallar və spesifikasiyalar) hazırlanması və optimallaşdırılması
  • Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçinin tələblərinə uyğunluğunun təmin edilməsi
  • Konstruksiya, elektrik, HVAC, su-kanalizasiya və digər mühəndis bölmələri ilə koordinasiyanın həyata keçirilməsi
  • Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması
  • Layihə sənədlərinin vaxtında və keyfiyyətlə hazırlanmasına nəzarət
  • Tikinti zamanı layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli
  • Layihələrin müəyyən edilmiş müddətlərə, keyfiyyət göstəricilərinə və büdcə məhdudiyyətlərinə uyğun icrasının təmin edilməsi

Əmək haqqı 1500-2500 AZN


 

Tələblər

  • Memarlıq sahəsində ali təhsil
  • Minimum 4 il layihələndirmə sahəsində iş təcrübəsi
  • Yaşayış, villa, kommersiya və ya ictimai obyektlər üzrə uğurla tamamlanmış layihələr
  • Konseptual düşünmə və yüksək texniki layihələndirmə bacarığı
  • Layihəni müstəqil idarə etmə və qərarvermə qabiliyyəti
  • Tikinti texnologiyaları, materiallar və tikinti prosesləri üzrə biliklər
  • Azərbaycan Respublikasının tikinti norma və qaydaları üzrə biliklər
  • AutoCAD və ArchiCAD proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Revit və BIM əsaslı layihələndirmə təcrübəsi üstünlükdür)
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərindən ən azı birində işgüzar səviyyədə ünsiyyət bacarığı

Şəxsi keyfiyyətlər

  • Analitik və sistemli düşüncə tərzi
  • Komandada işləmək və koordinasiya bacarığı
  • Təzyiq altında işləmək və operativ qərar qəbul etmək bacarığı

Üstünlük veriləcək namizədlər

  • Fərdi yaşayış evləri, villalar və premium seqment layihələri üzrə təcrübəsi olanlar
  • Tikinti sahəsində layihələrin icrasını müşayiət etmiş namizədlər
  • Tender və texniki təklif sənədlərinin hazırlanması təcrübəsinə malik olanlar

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar