Bakinity Distribution MMC

Layihə meneceri

Ə/h razılaşma ilə
2178
Tam iş günü
Bakı, Azərbaycan
19.02.25 - 20.03.25

İş haqqında məlumat

  • Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək;
  • Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək;
  • Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq;
  • Görüşlərdə qəbul edilmiş əsas qərarları və fəaliyyət maddələrini sənədləşdirmək və izləmək, hesabatlılığı təmin etmək;
  • Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək;
  • Bütün maraqlı tərəflərlə proaktiv ünsiyyət qurmaq, çətinlikləri müəyyənləşdirmək və səmərəliliyi artırmaq üçün tədbirlər görmək;
  • Sənaye standartlarına, Cəmiyyətin siyasətinə və normativ tələblərə uyğunluğu təmin etmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri );
  • Vakansiya növü: Tam ştat;
  • İş yeri: “Bakinity Distribution” MMC.

Tələblər

  • Mühəndislik, kompüter elmləri və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
  • İT, Texnologiya və ya infrastruktur layihələrində, o cümlədən müştərilərlə birbaşa iş təcrübəsi daxil olmaqla, ən azı 3 illik layihə idarəetmə təcrübəsi;
  • Böyük miqyaslı infrastruktur və ya İT modernizasiya layihələrinin idarə olunması təcrübəsi;
  • Dövlət müqavilələri və normativ mühitlə tanışlıq;
  • Çoxfunksiyalı komandaları əlaqələndirmək və eyni anda bir neçə layihəni idarə etmək bacarığı;
  • Güclü liderlik, təşkilati və komanda idarəetmə bacarığı;
  • Problem həll etmə qabiliyyəti və strateji düşünmə bacarığı;
  • Güclü maraqlı tərəflərlə iş və danışıqlar aparma bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (ingilis dili biliyi üstünlükdür);
  • Microsoft tətbiqlərində, o cümlədən MS Office və MS Project proqramları ilə işləmə bacarığı;
  • Komanda mühitində işləmək bacarığı.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar