Sumqayıt,
Azərbaycan
06.10.2025 12:46
-
06.11.2025 12:00
İş haqqında məlumat
- Layihənin planlaşdırılmasından başlayaraq layihələrin idarə edilməsi üzrə bütün prosesləri ardıcıl şəkildə həyata keçirmək;
- Rəhbərlik üçün mütəmadi yenilənmələrin və təqdimatların hazırlanması
- Bütün mümkün vasitələrdən istifadə etməklə biznes ünsiyyəti həyata keçirmək;
- Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
- Layihə təchizatçıları və töhfə verənləri əlaqələndirmək və onlara kömək etmək;
- Layihələrə nəzarət etmək və layihə tələblərinə və vaxt cədvəlinə uyğunlaşmaq üçün dəyişən layihə iştirakçıları arasında koordinasiyaya kömək etmək;
- Hesabatları müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.
Əmək haqqı: Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini “Layihə Meneceri” başlığı altında qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Bakalavr və ya daha yüksək akademik dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimai idarəetmə ixtisaslarına üstünlük verilir);
- Layihələrin idarəedilməsi sahəsində ən azı 1-3 il iş təcrübəsi (Dövlət təşkilatlarında, Beynəlxalq təşkilatlarla layihələrin idarəedilməsi sahəsində təcrübəyə üstünlük verilir);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
- Xarici dil Rus dili danışıq, anlama və araşdırma qabiliyyəti (biznes yazışması və təqdimatları hazırlamaq səviyyəsində);
- Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel, Microsoft Power Bi,Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı;
- Güclü analitik düşünmə, inandırma və təqdimat bacarığı;
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı;
- Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma;
- Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
- Sistematik və strukturlaşdırılmış düşüncə.