Bakı,
Azərbaycan
03/03/2026
-
17/03/2026
İş haqqında məlumat
- İnşaat layihələrinin planlaşdırılması, icrası və təhvil verilməsində tam məsuliyyət daşımaq
- Layihə üzrə vaxt, büdcə və resurs planlamasını hazırlamaq və nəzarətdə saxlamaq
- Elektrik, memarlıq, santexnik və digər mühəndislik istiqamətləri üzrə işlərin koordinasiyasını təmin etmək
- Sahədə görülən işlərin texniki normativlərə və təhlükəsizlik qaydalarına uyğunluğunu yoxlamaq
- Subpodratçılar və təchizatçılarla danışıqlar aparmaq, müqavilə şərtlərinə nəzarət etmək
- Material və avadanlıqların düzgün seçimi, sifarişi və vaxtında çatdırılmasına nəzarət
- Layihə risklərini əvvəlcədən müəyyən etmək, risklərin idarə olunması planını hazırlamaq
- Komandanın iş bölgüsünü düzgün təşkil etmək və performansına nəzarət etmək
- Keyfiyyətə nəzarət mexanizmlərini tətbiq etmək və mümkün texniki problemləri operativ həll etmək
- Müştəri və rəhbərliklə mütəmadi kommunikasiya aparmaq, hesabatlar təqdim etmək
- Texniki sənədlərin, çertyoj və AutoCAD planlarının yoxlanılması və təsdiqi
- Layihənin maliyyə effektivliyini qorumaq və əlavə xərclərin qarşısını almaq
- Layihənin mərhələli şəkildə audit və yoxlamalara hazır vəziyyətdə saxlanılması
Təminatlar:
- Korporativ nömrə ilə təmin olunma
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 5000 AZN.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- İnşaat Universitetini bitirən məzunlarına üstünlük veriləcəkdir
- İnşaat sektorunda minimum 10 il sahə təcrübəsi
- Elektrik, memarlıq, santexnik və digər mühəndislik istiqamətlərində praktik bilik
- Ofis, kommersiya, retail və yaşayış binalarının daxili tamamlama işlərinin idarə olunmasında təcrübə üstünlükdür
- Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
- Subpodratçıların seçilməsi və idarə olunması sahəsində təcrübə
- Büdcə planlaması və xərclərə nəzarət bacarığı
- Texniki sənədləri, smeta və çertyojları oxuma və analiz etmə bacarığı
- Microsoft Office, AutoCAD proqramlarında işləmə bacarığı (digər mühəndis proqramları üstünlükdür)
- İngilis dilini səlis bilmək
- Güclü liderlik və komanda idarəetmə bacarığı
- Stress altında qərarvermə və operativ problem həll etmə bacarığı
- Yüksək məsuliyyətlilik və nəticə yönümlü yanaşma
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.