Bakı,
Azərbaycan
27/02/2026
-
13/03/2026
İş haqqında məlumat
- Təyin olunmuş ərazilərdə təmizlik əməliyyatlarının təşkili və gündəlik icrasına nəzarətdə layihə menecerinə dəstək olmaq
- Təmizlik xidmətləri üzrə hazırlanmış iş qrafiklərinin yerinə yetirilməsini izləmək və gecikmələr barədə rəhbərliyi məlumatlandırmaq
- Görülən təmizlik işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yerində yoxlamaq
- Ərazidə istifadə olunan təmizlik avadanlıqları və ləvazimatlarının düzgün və qənaətli istifadəsinə nəzarət etmək
- İşçi heyətinin davamiyyətini, intizamını və gündəlik tapşırıqların icrasını izləmək
- Obyektlərdə gündəlik baxış keçirmək və aşkar olunan çatışmazlıqların aradan qaldırılmasını təmin etmək
- Xüsusi tədbirlər və qısamüddətli layihələr zamanı işçi bölgüsünün düzgün təşkilinə dəstək olmaq
- İş prosesində yaranan operativ problemləri vaxtında həll etmək və fasiləsiz iş rejimini təmin etmək
- Yeni işçilərin işə uyğunlaşdırılması prosesində iştirak etmək və ilkin nəzarəti həyata keçirmək
- Layihə meneceri və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrasını təmin etmək
- Görülmüş işlər barədə gündəlik və həftəlik hesabatların hazırlamaq
Təminatlar:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən qarşılanır
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 800-1000 AZN
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Şəxsi avtomobilin olması mütləqdir (ərazi nəzarəti üçün)
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Xarici dil biliyi üstünlükdür
- Məsuliyyətlilik və operativlik
- Komandada işləmək bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.