PR

Layihə Mühəndisi

Pangea Road İnnovations
Ə/h razılaşma ilə
1228
Tam iş günü
Bakı, Azərbaycan
23/12/2025 - 06/01/2026

İş haqqında məlumat

İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri)

Layihə Mühəndisi şirkət daxilində həyata keçirilən layihələrin bütün mərhələlərində iştirak edərək onların vaxtında, təhlükəsiz və texniki tələblərə uyğun şəkildə icrasını təmin edəcək. Vəzifə sahədə avadanlıqların quraşdırılması, test edilməsi, monitorinqi və layihə sənədləşdirilməsinin təşkili kimi prosesləri əhatə edir.

  • Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək;
  • Görülən işlərin texniki tələblərə, layihə sənədlərinə və iş proqramına uyğunluğunu nəzarətdə saxlamaq;
  • Sahə işləri zamanı meydana çıxan problemləri vaxtında müəyyənləşdirmək və rəhbərliyə bildirmək;
  • Avadanlıqların montaj və quraşdırma proseslərinə sahədə nəzarət etmək;
  • Əlaqəli struktur bölmə və qurumlar üçün tələb olunan sənədlərin hazırlanması və koordinasiyasını təmin etmək;
  • Quraşdırılmış avadanlıqların monitorinqində iştirak etmək və onların sistem performansını ölçmək;
  • Texniki bölmələrlə əməkdaşlıq edərək layihələrin vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
  • Sahədə tətbiq olunan iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etmək;
  • Layihə sənədləşdirilməsi və təqdimatların hazırlanmasında iştirak etmək;
  • Avadanlıqların konfiqurasiya proseslərində iştirak etmək;
  • Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək;
  • Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək;
  • Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək;
  • Fərqli lokasiyalarda tapşırıqları yerinə yetirməyə hazır olmaq.

Tələblər

  • Elektrik, elektronika və digər uyğun mühəndislik sahələri üzrə təhsil,
  • Tələb olunan sahədə ən az 2 il iş təcrübəsi,
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək,
  • MS Project, Jira və s. idarəetmə alətlərindən istifadə bacarığı,
  • Orta səviyyədə ingilis dili biliyi,
  • IP CCTV, NVR və s. sahələrdə təcrübə,
  • Sürücülük vəsiqəsinin olması,
  • Səyahət məhdudiyyəti olmaması,

Maraqlanan namizədlər CV-lərini  "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.