BRPG LLC

Layihə mühəndisi

BRPG LLC
Ə/h razılaşma ilə
1591
Tam iş günü
Bakı, Azərbaycan
21/01/2026 - 04/02/2026

İş haqqında məlumat

  • Modul evlər, konteynerlər və prefabrik binalar üzrə icra prosesinin texniki idarə olunması
  • Layihə sənədlərinə uyğunluğun (ölçü, material, montaj ardıcıllığı) yoxlanılması və nəzarəti
  • Sahədə yaranan texniki uyğunsuzluqların analiz edilməsi və optimal mühəndis həllərinin təklif olunması
  • Metal karkas, sendviç panel, izolyasiya, üzlük və tamamlanma işlərinin keyfiyyətə nəzarəti
  • Quraşdırma mərhələsində panel və karkasın düzülüşünü, birləşmələrin sızdırmazlığını və ümumi möhkəmliyi nəzarətdə saxlamaq
  • İcra olunan işlər üzrə qüsurların qeydiyyatı, düzəliş tapşırıqlarının verilməsi və nəticənin təhvil alınması
  • Usta briqadir və sahə komandası ilə gündəlik koordinasiya, iş bölgüsünün texniki tərəfdən düzgün yönləndirilməsi
  • Materialların texniki uyğunluğunun yoxlanılması, istehsalatda düzgün tətbiqinə nəzarət
  • Layihə üzrə iş qrafikinə nəzarət və gecikmələrin qarşısını almaq üçün tədbirlərin görülməsi
  • Gündəlik icra hesabatlarının hazırlanması (görülən işlər, problemlər, həllər, növbəti plan)
  • Təhlükəsizlik və texniki standartlara riayət olunmasının təmin edilməsi

Tələblər

  • Modul/prefabrik bina, konteyner ev və ya metal konstruksiya sahəsində texniki icra-nəzarət təcrübəsi
  • Cizgi oxuma, ölçü götürmə, material və icra uyğunluğunu qiymətləndirmə bacarığı
  • Metal karkas, sendviç panel sistemləri, izolyasiya qatları və üzlük materialları üzrə yaxşı texniki anlayış
  • Sahədə problemləri analiz edib qərar vermək və məsuliyyət daşımaq bacarığı
  • Keyfiyyət standartına fokuslu işləmək (səliqə, möhkəmlik, sızdırmazlıq, düzgün montaj)
  • Komanda ilə işləmə, briqadirə tapşırıq vermə və icranı izləmə bacarığı
  • Hesabat və sənədləşdirmə bacarığı (gündəlik/ həftəlik)
  • MS Office proqramları üzrə biliklər, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı
  • AutoCAD biliyi
  • Məsuliyyətli, operativ, nəticəyönümlü olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar