Bakı,
Azərbaycan
23.01.24
-
22.02.24
İş haqqında məlumat
- İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
- Normativ sənədlərin hazırlanması (Gizli aktlar, beton işləri jurnalı və s.);
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
- Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
- Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
- Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
- Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
- İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur;
- İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə ali;
- Təcrübə: 5 ildən artıq;
- Kompüter bacarıqları: MS Office, Word, Excel, AutoCad;
- Komandanı idarə etmək bacarığı.
Elanın müddəti bitmişdir