Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
2802
Tam iş günü
Bakı, Azərbaycan
17.10.2025 03:23 - 17.11.2025 12:00

İş haqqında məlumat

  • Layihə komandalarının formalaşdırılması, iş bölgüsünün optimal şəkildə tənzimlənməsi, komandaların performansının qiymətləndirilməsi, səmərəli daxili kommunikasiya və əməkdaşlıq mühitinin yaradılması;
  • Tikinti işlərinin yerli və beynəlxalq keyfiyyət standartlarına, həmçinin əmək mühafizəsi və təhlükəsizlik tələblərinə tam uyğunluğunun təmin olunması və təşkili;
  • Layihənin idarə edilməsi və strategiyasının təşkili, məqsəd, müddət, büdcə və keyfiyyət parametrlərinə riayət olunmasının təmin edilməsi;
  • Planlaşdırma və resursların idarə edilməsi, detallı layihə planlarının, iş qrafiklərinin hazırlanması, resurs tələbatının müəyyənləşdirilməsi və onların effektiv istifadəsinin optimallaşdırılması; insan resursları, texniki resurslar və maliyyə vəsaitlərinin balanslaşdırılmasına rəhbərlik etmək;
  • Layihə fəaliyyətinin gündəlik izlənilməsi və işlərin icra planına uyğunluğunun təhlili, performans göstəricilərinin monitorinqi;
  • Sifarişçi, layihəçi, subpodratçı və digər maraqlı tərəflərlə əlaqələrin yüksək səviyyədə idarə olunması; layihə tələblərinin dəyişməsi hallarında sifarişçi ilə razılaşdırma işlərinin operativ şəkildə aparılmasının təşkili;
  • Subpodratçıların cəlb olunması, iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsi, layihə tapşırıqlarının tikinti normativlərinə uyğun tərtib olunmasının təmin edilməsi;
  • Subpodratçılarla müqavilələrin bağlanması, tender və müqavilə proseslərinə nəzarət edilməsi;
  • Sifarişçi tələblərinə uyğun yeni dizayn çizgilərinin hazırlanması və yeni dizayna uyğun işlərin icrasının təşkil olunması;
  • İşlərin tam və qüsursuz tamamlanmasının təmin edilməsi, yekun yoxlamaların aparılması, qüsur aktlarının hazırlanması və qüsurların aradan qaldırılmasının təşkili;
  • Layihə risklərinin vaxtında aşkar olunması, qabaqlayıcı tədbirlərin görülməsi və operativ qərarvermə yolu ilə yaranan problemlərin həlli;
  • Layihə üzrə istifadə olunacaq materialların təsdiq olunması və onların yerli tikinti normalarına uyğunluğunun təmin edilməsi;
  • Layihə üzrə testlərin, təhvil-təslim proseslərinin təşkili və icrasına nəzarət edilməsi.
  • Maraqlanan namizədlər aşağıda Cv formalarını qeyd olunan mail ünvanına "Layihə Rəhbəri " yazaraq göndərə bilərlər .

Tələblər

  • Ali təhsil (inşaat mühəndisliyi ixtisası üstünlük təşkil edir);
  • İnşaat layihələrinin idarə olunması sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Yaş həddi: 30–50 yaş arası;
  • Namizədin kişi olması üstünlükdür, lakin təcrübəli xanımların müraciəti də nəzərə alınacaq;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək; ingilis və rus dillərini bilmək arzuolunandır;
  • Autocad və MS Office proqramlarında səlis işləmək bacarığı.