Qubadlı,
Azərbaycan
13/10/2026
-
27/10/2026
İş haqqında məlumat
İş yeri: Qarabağ (Qubadlı)
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək;
- Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək;
- Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək;
- Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək;
- Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək;
- Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək;
- Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
- Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək;
- Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək;
- Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək;
- Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək.
Tələblər
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir;
- Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər;
- Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı;
- Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər;
- Microsoft Office proqramları üzrə biliklər;
- AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür;
- Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti;
- Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
- Ezamiyyət və regionda işləmək imkanına malik olmaq.
İş şəraiti
- İş yeri: Qarabağ (Qubadlı)
- İş qrafiki: 6 günlük iş rejimi
- Qalmaq: Şirkət tərəfindən təmin olunur
- Yemək: Şirkət tərəfindən təmin olunur
- Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.