Ağdam,
Azərbaycan
03/04/2026
-
17/04/2026
İş haqqında məlumat
Məkan: Ağdam şəhəri
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələrə imza atırıq. Ağdam şəhərində icrasına başladığımız yeni və genişmiqyaslı layihəmiz üçün komandamıza güclü liderlik bacarıqlarına sahib, məsuliyyətli və peşəkar Layihə Rəhbəri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşdırılmasına rəhbərlik etmək
- Sahədə görülən işlərin qrafikə uyğunluğunu nəzarətdə saxlamaq
- Texniki sənədlərin və layihə planlarının düzgün icrasını təmin etmək
- Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək
- Layihə büdcəsinə nəzarət etmək və xərcləri optimallaşdırmaq
- Komanda idarəçiliyi və iş bölgüsünü effektiv şəkildə təşkil etmək
- Təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması
Təklif edirik:
- Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)
- Böyük və perspektivli layihədə iştirak imkanı
- Peşəkar inkişaf və karyera yüksəlişi
- Stabil və güclü şirkətdə çalışma imkanı
Tələblər
- İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (layihə rəhbəri kimi)
- Tikinti normativləri və texniki sənədlərlə işləmə bacarığı
- Liderlik və komanda idarəetmə bacarıqları
- Problemləri operativ həll etmə və qərarvermə qabiliyyəti
- MS Office və layihə idarəetmə proqramları ilə işləmə bacarığı
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.