Reflect Architects

Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)

Reflect Architects
Ə/h razılaşma ilə
467
Tam iş günü
Bakı, Azərbaycan
03/07/2026 - 03/08/2026

İş haqqında məlumat

Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib *Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)* axtarırıq. Əgər sən həm memarlıq layihələrinin, həm də baş plan (master plan) layihələrinin konseptual və texniki idarəçiliyini həyata keçirə bilirsənsə, bu vəzifə sənin üçündür.

Vəzifələr:

  • Memarlıq və baş plan (master plan) layihələrinin konseptual və texniki rəhbərliyi
  • Şəhərsalma, ərazi planlaşdırılması və baş plan həllərinin hazırlanmasına rəhbərlik
  • Tikinti normaları, SNIP və digər normativ sənədlərlə işləmə
  • Layihə komandalarının idarə olunması və koordinasiyası
  • Müştərilərlə görüşlərin keçirilməsi, tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması
  • İşçi layihələrin hazırlanmasında iştirak və prosesə nəzarət
  • Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi
  • Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması
  • İcra zamanı yaranan texniki problemlərin analizi və operativ həlli

Təklif edirik:

  • 5/2 iş qrafiki
  • İş saatları: 09:00 – 18:00
  • Təcrübə və bacarıqlara uyğun rəqabətli əmək haqqı
  • Ölkə əhəmiyyətli memarlıq və baş plan layihələrinə rəhbərlik imkanı
  • Peşəkar komanda və inkişaf yönümlü mühit
  • Karyera yüksəlişi üçün açıq struktur və dəstək
  • İş yeri:Bakı, Azərbaycan

Tələblər

  • Memarlıq üzrə ali təhsil
  • İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə
  • Baş plan (master plan), şəhərsalma və iri miqyaslı ərazi planlaşdırılması layihələrində iş təcrübəsi
  • AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və digər peşəkar proqramlarda yüksək səviyyədə işləmək bacarığı
  • Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
  • Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı
  • Komanda idarəetmə və liderlik qabiliyyəti
  • Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı

 LinkedIn üzərindən və ya CV və e-portfolionuzu [[email protected]] ünvanına göndərərək müraciət edə bilərsiniz.

  •  Diqqət:E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq. Mövzu hissəsində *"Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)"* qeyd etməyiniz xahiş olunur.