

Layihə üzrə kabel montaj və icra sektoru / Sektor müdiri (Baş montajçı)
Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
2525
Tam iş günü
Bakı,
Azərbaycan
03.09.2025 12:38
-
03.10.2025 12:00
İş haqqında məlumat
- Kabel montaj və sahə işlərinin layihə üzrə planlaşdırılması və effektiv icrasını təşkil etmək;
- Montaj və tikinti işlərinin texniki normativlərə uyğun və mərhələli şəkildə icrasına nəzarət etmək;
- Subpodratçıların seçimi və təhvil-təslim proseslərində iştirak etmək;
- Montaj heyətinin gündəlik fəaliyyətinə rəhbərlik və iş bölgüsünü həyata keçirmək;
- Resursların düzgün idarə olunmasına, işin keyfiyyəti və təhlükəsizliyinə nəzarət etmək;
- Layihə büdcəsinin formalaşdırılmasında və səmərəli istifadəsində iştirak etmək;
- Texniki və təşkilati problemləri operativ təhlil edərək həll yolları təklif etmək;
- Layihənin inkişafı üçün təşəbbüslər irəli sürmək və komanda koordinasiyasını gücləndirmək;
- Montaj qrupu üçün texniki tapşırıqlar hazırlamaq;
- Fiber optik kabel və digər zəif cərəyan sistemlərinin (SKS, CCTV, ACS, Video Wall) montaj işlərinə nəzarət etmək;
- Kabel yolları, paylayıcı qutular, panellər və digər elementlərin quraşdırılmasına texniki nəzarət etmək;
- Görülmüş işlərə dair sənədləri (aktlar, jurnallar, pasportlar) tərtib etmək;
- Layihə sənədlərində dəyişikliklərin razılaşdırılmasında və hesabatların hazırlanmasında iştirak etmək;
- Material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək və istifadəsinə nəzarət etmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Əlavə məlumat:
- İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri );
- Vakansiya növü: Tam ştat;
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq.
Təminatlar:
- Push 30-dan endirim ilə yararlanmaq imkanı;
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
- İT sahəsində peşəkar inkişaf imkanı və s.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
Tələblər
- Ali və ya orta ixtisas, texniki təhsil (Elektrik mühəndisliyi, telekommunikasiya və ya bu sahələrlə əlaqəli digər ixtisaslar);
- Kabel montajı, texniki sahə rəhbərliyi və ya layihə icrasında azı 5 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
- AutoCAD və digər texniki çertyoj proqramlarında işləmək bacarığı;
- MS Project və ya analoji layihə planlaşdırma proqramlarından istifadə bacarığı;
- Azərbaycan və Rus dili – sərbəst səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, İngilis dilində texniki və layihə sənədlərini oxuma, yazma və anlama bacarığı;
- Project Management Professional (PMP) sertifikatı;
- Installing Cabling Systems (NETCONNECT ACT I və/ya AMP ACT I) sertifikatı;
- Legrand Cabling Systems (Authorized Master və/ya Authorized Installer) sertifikatı;
- Vaxtı düzgün idarə etmək və işləri prioritetlə yerinə yetirmək bacarığı;
- Resursları səmərəli şəkildə istifadə etmək və effektiv bölüşdürmək bacarığı;
- Komanda ilə səmərəli ünsiyyət qurmaq və işi koordinasiya etmək bacarığı.