Bakı,
Azərbaycan
25.08.2025 03:41
-
25.09.2025 12:00
İş haqqında məlumat
- Təşkilat məqsədləri, vaxt qrafikləri və büdcə ilə uyğunluğunu təmin etməklə informasiya təhlükəsizliyi layihələrini idarə etmək;
- Layihə tələblərini və müvəffəqiyyət meyarlarını müəyyən etmək üçün müxtəlif funksiyaların əlaqələndirilməsi;
- Müfəssəl layihə planlarının hazırlanması, o cümlədən iş bölgüsü strukturları, cədvəllər, asılılıqlar və s.;
- İnformasiya təhlükəsizliyi tələblərinin layihənin bütün mərhələlərində tətbiq olunmasına nəzarət edilməsi;
- Layihənin gedişatını izləmək və risklərini idarə etmək, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət yetirmək;
- Asılılıqları, SLA-ları və s. idarə etmək üçün üçüncü tərəflər və daxili maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- İnformasiya təhlükəsizliyi ilə bağlı bütün layihələr üçün müvafiq sənədlərin təmin edilməsi;
- Dəyişikliklərin idarə olunması və kommunikasiya planlarını həyata keçirmək, layihə dövrü ərzində təsirlənmiş maraqlı tərəflərin məlumatlandırılmasını təmin etmək;
- Layihənin vaxt qrafiklərini və nəticələrini izləmək, bütün tapşırıqların təsdiq edilmiş əhatə dairəsinə uyğun qalmasını və müəyyən edilmiş cədvəllərə və keyfiyyət standartlarına uyğun olaraq tamamlanmasını təmin etmək;
- Layihələrarası və funksiyalararası asılılıqların müəyyən edilməsi və idarə edilməsi;
- Layihənin vəziyyəti, ümumi xülasəsi və əsas mərhələləri barədə rəhbərliyə və maraqlı tərəflərə hesabat vermək, mürəkkəb texniki və maliyyə məlumatlarını aydın şəkildə təqdim etmək;
- Xərcləri izləmək və nəzarətdə saxlamaqla təyin edilmiş layihə büdcəsini idarə etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Təhsil: Ali;
- Texnologiya sahəsində 2 illik Layihə idarəetmə təcrübəsi;
- Layihə idarəetmə təcrübəsi (PMP və / və ya Prince 2 sertifikatı üstünlükdür);
- İnformasiya Təhlükəsizliyi üzrə ümumi anlayışı;
- İnformasiya Təhlükəsizliyi Layihələrinin idarə olunması təcrübəsi;
- İnformasiya Təhlükəsizliyi Standartları üzrə anlayış;
- İnformasiya Təhlükəsizliyi Risklərinin idarə olunması üzrə anlayış;
- Xarici dil bilikləri; Azərbaycan, İngilis – sərbəst, Rus dili – üstünlükdür;
- MS Office-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point);
- Təzyiq altında işləmə və son təhvil tarixləri ilə sərbəst işləmə bacarığı;
- Münaqişəli vəziyyətləri həll etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı və liderlik keyfiyyətləri;
- Yaradıcı;
- Nəticə yönümlülük.