Bakı,
Azərbaycan
08.10.2025 10:54
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Obyektlərə baxış keçirmək, yerində dəqiq ölçülərin götürülməsi;
- Avadanlıqların yerleşim planını və kommunikasiya xətlərini (su, elektrik, qaz, ventilyasiya) hazırlamaq;
- Layihə sənədlərini (texniki çertyojları) vaxtında və dəqiq şəkildə hazırlayıb təqdim etmək;
- Layihə ilə bağlı müştəri və komanda daxilində texniki məsələləri koordinasiya etmək.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 08:30-dan 17:30-kimi;
- İş yeri: Bakı şəhəri, Ağ Şəhər;
- Rahat ofis şəraiti və peşəkar komanda mühiti;
- Karyera inkişafı imkanı.
Əmək haqqı:
- Başlanğıc aylıq əmək haqqı 800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Layihəçi-Dizayner” qeyd etməklə qeyd olunan epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur .
DİQQƏT:
- Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq;
- Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq;
- Zəng üzərindən müraciətlər qəbul olunmur.
Tələblər
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahədə (mebel, mətbəx avadanlıqları və s.; layihələndirilməsi) iş təcrübəsi üstünlükdür;
- AutoCAD və Revit proqramlarında sərbəst işləmə bacarığı;
- Məsuliyyət, dəqiqlik və detallara qarşı diqqətlilik;
- Komandada işləmək bacarığı.