Buxar mühəndislik

Layihəçi mühəndis

1200 - 1500 ₼
1775
Tam iş günü
Bakı, Azərbaycan
29.04.25 - 29.05.25

İş haqqında məlumat

  • Soyutma və havalandırma sistemləri üzrə layihələrin hazırlanmasında iştirak edir, texniki çertyojların işlənməsi və sistemlərin düzgün, effektiv layihələndirilməsi prosesinə dəstək göstərir;
  • Layihələrin həyata keçirilməsinə texniki və təşkilati baxımdan kömək edir və onların vaxtında, texniki tələblərə uyğun icrasını təmin edir;
  • Avadanlıq və materialların texniki və maliyyə göstəricilərini nəzərə alaraq layihə smetalarının hazırlanmasında iştirak edir və düzgünlüyünə nəzarət edir;
  • Soyutma və havalandırma avadanlıqlarının texniki parametrlərinə uyğun seçim edir və satış komandası ilə birlikdə uyğun avadanlıqların təklif edilməsini rəhbərinə təqdim edir;
  • Quraşdırma və montaj mərhələsində işlərin layihə sənədlərinə və montaj planına uyğunluğunu yoxlayır;
  • Layihələrin sənədləşdirilməsi və arxivləşdirilməsi prosesində iştirak edir və texniki sənədlərin sistemli şəkildə idarə olunmasını təmin edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • İş rejimi: 5 günlük, 09:00-18:00;
  • Ünvan: Dəlidağ 8.

Tələblər

  • Ali təhsil (mühəndislik sahəsi üzrə);
  • Müvafiq sahə üzrə 1-2 il;
  • Azərbaycan dili mükəmməl;
  • Kompüter bilikləri - MS ofice, Word, Excell, AutoCAD.


Oxşar vakansiyalar