Aqrar Tədarük və Təchizat

Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
222
Tam iş günü
Bakı, Azərbaycan
19/03/2026 - 02/04/2026

İş haqqında məlumat

  • Cəmiyyət tərəfindən icra olunan layihələrin planlaşdırılması, koordinasiyası və icra proseslərinin izlənməsində iştirak etmək;
  • Layihələrin həyata keçirilməsi üçün zəruri məlumatların toplanması, sistemləşdirilməsi və təhlilini aparmaq;
  • Layihə planlarının hazırlanması və fəaliyyət qrafiklərinin tərtib olunmasında iştirak etmək;
  • Layihələrin icra vəziyyətini izləmək, müəyyən olunmuş müddət və büdcəyə uyğunluğunu monitorinq etmək;
  • Layihə icrası zamanı yaranan risk və problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • Layihələrlə bağlı iclasların təşkili və keçirilən iclaslar üzrə protokol və təqdimat materiallarının hazırlanmasında iştirak etmək;
  • Layihələrin icrası ilə bağlı dövri hesabatların, analitik arayışların və məlumatların hazırlanmasında iştirak etmək;
  • Layihə sənədlərinin hazırlanması, arxivləşdirilməsi və məlumat bazasının formalaşdırılmasına dəstək vermək;
  • Layihələr üzrə tərəfdaş təşkilatlar və digər maraqlı tərəflərlə iş prosesində koordinasiyanı təmin etmək;
  • Yeni layihə təkliflərinin verilməsi və yeni layihələr üçün şərtlərin hazırlanmasını təmin etmək;
  • Layihələrin miqyasını, proqramını və nəticələrini müəyyənləşdirmək və aydınlaşdırmaq;
  • Layihələrin effektivliyinin qiymətləndirilməsi və nəticələrin təhlili üçün məlumatların hazırlanmasında iştirak etmək;
  • Layihə fəaliyyətlərinin təşkilatın strateji məqsədlərinə uyğunluğunu nəzərdən keçirmək və təkliflər vermək;

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Kənd təsərrüfatı, Menecment, Layihələrin idarəolunması və ya digər uyğun sahələr üzrə bakalavr dərəcəsi);
  • Layihələrin idarəolunması və ya əlaqədar sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Aqrar layihələr, donor proqramları və beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlük hesab olunur;
  • MS Office proqramlarını (xüsusilə Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək;
  • Excel-də məlumat analizi və vizualizasiya alətləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, İngilis dilində texniki sənədləri anlama, danışma və yazışma səviyyəsində bilmək (rus dili əlavə üstünlükdür);
  • Layihələrin idarə olunması sahəsi üzrə sertifikatlara sahib olmaq arzuolunandır;
  • Layihələrin idarəolunması üzrə əsas biliklər;
  • Layihə sənədlərinin və hesabatların hazırlanması bacarığı;
  • Məlumat toplama, təhlil və statistik məlumatların emalı üzrə bacarıqlar;
  • Müxtəlif formatda vizual və təqdimat materialları hazırlamaq bacarığı (slayd, qrafik, cədvəl və s.);
  • Komandada işləmək bacarığı;
  • Fermerlərlə ünsiyyət bacarığı;
  • Eyni anda bir neçə işi idarə etmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.