İteam Group

Layihələrin İdarə Olunması üzrə Mütəxəssis (Ezamiyyətli Texniki İşlər)

İteam Group
$ 1500 - 2000
337
Tam iş günü
Bakı, Azərbaycan
12/05/2026 - 26/05/2026

İş haqqında məlumat

  • Şirkətin bölgələrdə həyata keçirdiyi texniki layihələrin idarə olunması və icrasına nəzarət 
  • Ezamiyyətlər zamanı obyektlərdə texniki işlərin koordinasiyası və yerində təşkil olunması 
  • Təhlükəsizlik sistemləri (kamera müşahidə, şlaqbaum, turniket, access control, siqnalizasiya və s.) üzrə quraşdırma və texniki xidmət proseslərinə rəhbərlik 
  • Layihə üzrə işçi heyətinin (montajçılar, texniki personal və s.) iş bölgüsünün aparılması 
  • Obyektdə görüləcək işlərin planlanması, icra müddətlərinin təyin edilməsi və icra qrafikinin hazırlanması 
  • Görülən işlərin keyfiyyətinə nəzarət və texniki standartlara uyğunluğun təmin edilməsi 
  • Layihə sənədlərinin hazırlanması və icra prosesində hesabatların təqdim olunması 
  • Müştəri ilə əlaqələrin idarə olunması, obyekt üzrə texniki problemlərin operativ həlli 
  • Material və avadanlıqların düzgün seçilməsi, tələb olunan ehtiyacların müəyyən edilməsi 
  • Layihələrin təhvil-təslim mərhələsində iştirak və sənədləşmə işlərinin aparılması 

İş şəraiti:

  • İş yeri: Bakı + bölgələrə ezamiyyət
  • İş qrafiki: Tam ştat (Full-time)

Şirkət tərəfindən təklif olunur:

  • 1500 – 2000 AZN NET əmək haqqı (təcrübəyə uyğun təyin olunur) 
  • Stabil və uzunmüddətli iş imkanı 
  • Ezamiyyət xərclərinin şirkət tərəfindən qarşılanması 
  • Karyera inkişafı və peşəkar mühit 
  • Layihələr üzrə bonus və əlavə motivasiya imkanları (iş nəticəsinə görə) 

Tələblər

  • Yaş: 30 – 45 
  • Təhsil: Ali və ya orta ixtisas (texniki sahə üstünlükdür) 
  • İ.T. və texniki sistemlər üzrə layihə idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi 
  • Təhlükəsizlik sistemləri üzrə real təcrübə (kamera sistemləri, şəbəkə avadanlıqları, giriş-çıxış sistemləri və s.) 
  • Ezamiyyətlərdə işləmək imkanı və bölgələrə tez-tez səfər edə bilmə 
  • Komanda idarəetmə bacarığı və məsuliyyətli yanaşma 
  • Texniki problemləri analiz etmə və operativ qərarvermə bacarığı 
  • MS Office bilikləri (Excel, Word) 
  • Layihə planlama və hesabat hazırlama bacarığı 
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) üstünlükdür 
  • Azərbaycan dili səlis, Rus dili üstünlükdür 

Şəxsi keyfiyyətlər:

  • Yüksək məsuliyyət və intizam 
  • Stressə davamlılıq və çevik qərarvermə 
  • Ünsiyyət qurma və idarəetmə bacarığı 
  • Ezamiyyət şəraitində işləməyə uyğunluq 
  • Texniki düşüncə və detallara diqqət 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.