STP-BTECH

Layihələrin İdarəedilməsi üzrə departament direktoru

STP-BTECH
Ə/h razılaşma ilə
492
Tam iş günü
Bakı, Azərbaycan
02.10.2025 03:05 - 02.11.2025 12:00

İş haqqında məlumat

  • Tender və bir mənbə əsasında bağlanan müqavilələr üzrə texniki sənədlərin hazırlanması prosesinə rəhbərlik etmək, keyfiyyət və vaxtında icranı təmin etmək;
  • Bütün icra olunmuş işlər üzrə təhvil-təslim aktlarının düzgün tərtib edilməsinə nəzarət etmək və müvafiq arxiv sisteminin təşkilini təmin etmək;
  • Yol nişanları və xətləmə işlərinə dair cizgilərin hazırlanması və yenilənməsi proseslərini idarə etmək, texniki dəqiqliyə və standartlara riayət olunmasına nəzarət etmək;
  • Görülmüş işlərə dair aylıq və rüblük hesabatların hazırlanmasını təşkil etmək və onları şirkət rəhbərliyinə/sifarişçi qurumlara təqdim etmək;
  • Forma-2 sənədlərinin və yerləşmə planlarının beynəlxalq və yerli standartlara uyğun hazırlanmasını təmin etmək;
  • Sifarişçi qurumlarla keçirilən görüş və iclaslarda departamenti təmsil etmək, texniki məsələlərin operativ həllinə rəhbərlik etmək;
  • İcra olunmuş işlərin ödəniş mərhələlərinə nəzarət etmək, büdcə və maliyyə intizamının qorunmasını təmin etmək;
  • Departamentin struktur bölmələrinə rəhbərlik etmək, iş bölgüsünü effektiv təşkil etmək və işçi heyətinin peşəkar inkişafını dəstəkləmək.

İş şəraiti: 

  • İş saatı: 09:00-17:00 (6 günlük);
  • İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.

Biz nə təklif edirik: 

  • Tibbi sığorta; 
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; 
  • Naharla təmin edilmə;
  • Nəqliyyatla təmin edilmə.

Müraciət üçün: 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə idarəedilməsi üzrə departament direktoru” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.  

Tələblər

  • Ali təhsil (İnşaat və ya mexanika mühəndisi sahəsində);
  • 10 il iş təcrübəsi;
  • Asfalt, yol xətlənməsi, yol nişanları, informativ lövhələr, təhlükəsizlik sədləri və bənzər sahələrdə praktiki bilik və təcrübə olması üstünlükdür;
  • İngilis və rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı.

Kompüter bilikləri:

  • MS Office – əla səviyyədə;
  • AutoCAD – əla səviyyədə;
  • Primavera – arzuolunandır.


 



Oxşar vakansiyalar