GM Construction

Logistika mütəxəssisi

GM Construction
Ə/h razılaşma ilə
630
Tam iş günü
Bakı, Azərbaycan
04.11.2025 04:26 - 04.12.2025 12:00

İş haqqında məlumat

  • Logistika işinin təşkili və idarə edilməsinə köməklik göstərmək; 
  • Daşınmalı olan məhsulla bağlı məlumatları toplamaq; 
  • Yüklərin daşınmasına nəzarət etmək və optimal marşrut xəttini müəyyən etmək;
  • Alternativ nəqliyyat şirkətlərinin seçilməsini təmin etmək;
  • Seçilmiş marşrutlar üzrə qiymət təkliflərini almaq; 
  • Logistika ilə bağlı məlumatları 1C proqramına daxil etmək; 
  • Sorğuları telefon və e-emal vasitəsilə qəbul etmək və cavablandırmaq;
  • Daşınmanın statusu ilə bağlı sifarişçinin sorğularını cavablandırmaq; 
  • Karguzarlıq işlərini icra etmək;
  • Görülən işlər barədə hesabatlılığı Logistika bölməsinin rəhbərinə təqdim etmək;
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
  • Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələri hazırlamaq;
  • Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatını aparmaq;
  • Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərini araşdırmaq və riskləri dəyərləndirmək; 
  • Rəhbərliyin tələbinə əsasən illik, rüblük və aylıq hesabatların hazırlanmasında iştirak etmək.

İş şəraiti və təminat:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Naharla təmin edilmə;
  • Əmək haqqı: müsahibə əsasında.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 1 (bir) il iş təcrübəsi;   
  • Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dilləri üstünlükdür;  
  • MS proqramları üzrə yaxşı səviyyədə biliklər;  
  • Operativlik və analitik düşüncə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı;
  • Zamanın idarə olunması, münaqişələrin həlli və özünü inkişaf etdirmək bacarığı, nəticəyönümlü.


Oxşar vakansiyalar