Caspian Logistics and Customs Service

Logistika üzrə Əməliyyat Meneceri (StartUp)

Caspian Logistics and Customs Service
Ə/h razılaşma ilə
598
Tam iş günü
Bakı, Azərbaycan
02/04/2026 - 16/04/2026

İş haqqında məlumat

  • Biz sürətlə böyüyən, logistika və gömrük sahəsində innovativ həllər təqdim edən dinamik komandayıq. Məqsədimiz – daşınma proseslərini daha sürətli, daha şəffaf və daha effektiv etməkdir.
  • Əgər sən dəyişiklik yaratmaq, prosesləri optimallaşdırmaq və real nəticələr görmək istəyirsənsə — komandamıza qoşul!

Sənin rolun nədən ibarət olacaq?

  • Gündəlik logistika əməliyyatlarını idarə etmək və koordinasiya etmək
  • Daşımalar üçün ən optimal marşrutları planlaşdırmaq
  • Daşıyıcılarla danışıqlar aparmaq və ən yaxşı şərtləri əldə etmək
  • Müştəri sifarişlərinin vaxtında və problemsiz icrasını təmin etmək
  • Riskləri qabaqcadan görmək və operativ qərarlar vermək
  • Bazar qiymətlərini izləmək və daha sərfəli həllər tapmaq
  • Komanda ilə birlikdə işləyərək prosesləri daha effektiv hala gətirmək
  • Hesabatlar hazırlamaq və nəticələri analiz etmək

Biz nə təklif edirik?

  • Əmək haqqı: Fix + Bonus (razılaşma yolu ilə)
  • Ofis: 28 May, Bakı
  • İş qrafiki: Qeyri-Normativ
  • Sürətli inkişaf və karyera imkanları
  • Dinamik və dəstəkçi komanda mühiti
  • Real layihələrdə iştirak və təsir yaratmaq imkanı

Tələblər

  • Logistika və ya əməliyyat sahəsində minimum 1 il təcrübə
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • ERP və Microsoft Office proqramlarında işləmə bacarığı
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
  • Məsuliyyətli, çevik və komandada işləməyi sevən olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar