Gemza Group

Logistika üzrə koordinator

Gemza Group
Ə/h razılaşma ilə
1026
Tam iş günü
Bakı, Azərbaycan
11.06.2025 22:39 - 11.07.2025 12:00

İş haqqında məlumat

  • Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi; 
  • Görülmüş işlə bağlı yaranmış problemləri anındaca həll etmək; 
  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması; 
  • Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması;
  • Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək; 
  • Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması; 
  • Rəhbərliyin tələbinə əsasən  aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlərin hazırlanmasını (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsini təşkil edir;
  • Təchizatın loqistik məsələlərinin idarə edilməsi üzrə cavabdehlik daşıyır;
  • Işini yerli və xarici idxal/ixrac qanunvericiliyini uyğun qurur;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir;
  • Məhsulun, hec bir zərər görmədən razılaşdırılmış sayda boşaltma yerinə çatdırılmasını təşkil edir, ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;
  • Avadanlığın və başqa vasitələrin düzgün istismarına nəzarət edir;
  • Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlayır.

Tələblər

  • İş təcrübəsi 3-5 il;; 
  • MS Office (Word, Excel, PowerPoint, Outlook və s.); 
  • Azərbaycan Respublikası Gömrük və nəqliyyat qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir; 
  • Müasir Logistika İdarəetmə Sistemini bilmək;
  • Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis.