Bakı,
Azərbaycan
11/12/2025
-
18/12/2025
İş haqqında məlumat
- Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək;
- Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması;
- Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi;
- Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması;
- Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.
Tələblər
- Ali təhsil;
- Nəqliyyat, logistika və ya digər əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi olan bəylər;
- Azərbaycan və İngilis dillərini səlis bilməli, rus dili biliyi üstünlükdür;
- Ölkədən xaricdə uğunmüddətli fəaliyyətə açıq olmalı;
- Ms.Office proqramları ilə sərbəst işləmək bacarığı.
Professional bacarıqlar:
- Beynəlxalq tərəfdaşlar, komanda üzvləri və müxtəlif mədəniyyətlərdən olan maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək üçün mükəmməl ünsiyyət bacarığı
- Əməliyyat məlumatlarını təhlil etmək, səmərəliliyi artırmaq üçün analitik-strateji düşünmə bacarığı
- Komanda üzvlərini motivasiya etmək, öyrətmək və əməliyyat məqsədlərinə çatmaq üçün istiqamətləndirəcək liderlik bacarıqları
- Mükəmməl problem həll etmə bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Logistika üzrə koordinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.