FRESH Catering

Logistika üzrə koordinator

FRESH Catering
2500 ₼
663
Tam iş günü
Bakı, Azərbaycan
02/03/2026 - 16/03/2026

İş haqqında məlumat

  • Layihə çərçivəsində ərzaq, içki, avadanlıq və digər katerinq ləvazimatlarının vaxtında və düzgün çatdırılmasını təşkil və nəzarət etmək.
  • Nəqliyyat marşrutlarını planlaşdırmaq və optimallaşdırmaq.
  • Çatdırılma cədvəllərini hazırlamaq və icrasını təmin etmək.
  • Sürücülərin və logistika heyətinin iş qrafikini koordinasiya etmək.
  • Tədbir məkanlarına avadanlıqların təhlükəsiz daşınmasını təmin etmək.
  • Məhsulların keyfiyyətinə və saxlanma şərtlərinə nəzarət etmək.
  • Gözlənilməz halların (gecikmə, çatışmazlıq və s.) operativ həllini təşkil etmək.
  • Təhlükəsizlik və sanitariya qaydalarına əməl olunmasını təmin etmək.

İş şəraiti

  • İş yeri: Ağ şəhər
  • Nahar şirkət tərəfdən təmin edilir.

İş müddəti: Müvəqqəti (15.04.2026 -25.05.2026 ) 

Əmək haqqı: 2500 Azn (layihə müddəti)


 

Tələblər

  • Ali təhsil 
  • Yaş həddi 30-45
  • İş təcrübəsi arzu olunandır
  • Qərar qəbul etmək qabiliyyəti 
  • Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.