Qusar,
Azərbaycan
08.07.2025 12:16
-
08.08.2025 12:00
İş haqqında məlumat
- Satışa çıxarılan məhsulların vaxtında yüklənməsi, daşınması və təhvil proseslərinin düzgün təşkili;
- İxrac olunan məhsullar üzrə gömrük sənədlərinin (invoice, CMR, packing list, mənşə sertifikatı, fitosanitar və s.) düzgün hazırlanması və vaxtında təqdim olunmasının təmin edilməsi;
- Gömrük meneceri, daşıyıcı şirkətlər və sürücülərlə əlaqələrin koordinasiyası
- Soyuducu və ya temperatur rejimli nəqliyyat vasitələrinin əvvəlcədən sifarişi və uyğunluğuna nəzarət;
- Yükləmə zamanı məhsulun tara növü, çəkisi, paletləmə qaydaları və qablaşdırma standartlarına uyğunluğunu yoxlamaq;
- Yükün anbar çıxış sənədləri ilə (mədaxil/məxaric) uyğunluğunu yoxlamaq;
- Yükləmə heyətinə rəhbərlik etmək, iş bölgüsünü düzgün təşkil etmək və prosesi nəzarətdə saxlamaq;
- Avtomobilin yükləmə qrafikinə uyğun hərəkət etməsini təmin etmək və gecikmələrin qarşısını almaq;
- Nəqliyyat vasitələrinin GPS-lə izlənməsi və təyinat nöqtəsinə çatana qədər yükün vəziyyətini izləmək;
- Gömrük və logistika ilə bağlı baş verən problemlər barədə operativ şəkildə rəhbərliyə məlumat vermək;
- İxrac olunan məhsulun hansı bazara və ya market şəbəkəsinə getdiyini bilmək və oradakı keyfiyyət/standart tələblərinə uyğun yükləməni təmin etmək;
- Daşınma prosesində baş verə biləcək riskləri əvvəlcədən analiz etmək və uyğun tədbirləri görmək;
- Əmək məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 6 günlük iş rejimi ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri Qusar, Ləgər Qışlaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş stajı;
- Yüksək səviyyədə MS Office proqramları, 1C;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı.